Dünya

RAYS İRAN, ÇİN VƏ RUSİYAYA İXTAR VERDİ

Amerikanın keçmiş xarici işlər vəziri Kandoliza Rays İran, Çin və Rusiyaya Amerikada baş verən etirazlardan təbliğat hədəfli sui-istifadə etmələri barədə ixtar verib. Bu ölkələrin liderlərinə müraciət edərək bildirib ki, Amerikadakı etirazlar sizin ölkələrdəki etirazlara bənzəmir, hansı ki, etiraz etdikləri üçün insanları öldürübsünüz.
Xatırladaq ki, Rayz 2001-2005-ci illərdə Amerika dövlətinin milli əmniyət müşaviri və 2005-2009-cu illərdə Corc Buşun ikinci prezidentliyi dövründə xarici işlər vəziri işləyib.
Bazar günü o, CBS telekanalının “Face the Nation” verilişində çıxış edib. İran məqamlarının Amerikadakı etirazlarla bağlı açıqlamalarına işarə edərək, İranda etirazların güc yolu ilə yatırıldığını vurğulayıb. İran rəhbərlərinin dini hökumətə qarşı çıxdıqları üçün rejimin insanları öldürdüyünü xatırladıb.
“Mən onlara – xüsusən bu məsələdən siyasi təbliğat kimi istifadə etmək istəyən Çin, Rusiya və İrana deyirəm ki, bura müxalifləri ÖLDÜRDÜYÜNÜZ “Tiananmen” meydanı deyil. Bu etirazlar qonşu ölkənizin ərazisini ələ keçirdiyiniz Kriməyə həmlə deyil. Bu, dini hökumətinizə qarşı çıxdığına görə insanları öldürdüyünüz “Yaşıl Hərəkat”ın etirazları da deyil”, – deyib.
Özü də afroamerikalı vətəndaş olan Rays, “mən həqiqətən Putin və Şi Cinpinin dinc etirazlar haqqında danışmağına ehtiyac görmürəm. Xüsusilə də, özləri xalqın təkcə hökuməti intiqad etmək istədikdə gücdən istifadə etdikləri bir halda”, – deyə təkid edib.

Related Articles

Bir cavab yazın

Back to top button