İran

MUHACiRLƏRIN MAŞINININ GÜLLƏLƏNMƏSI iNCƏLƏNİR

Qəfur Lübnan mərizxanasında yatan əfqanistanlı yaralı muhacirin qolundan yatağa bağlandığına etiraz edib.
Əfqanistanın Tehran Səfirliyinin birinci dəbiri əfqanlı muhacirlərin mindiyi maşının Yəzddə güllələnməsi və sonra yanmasının İranın Xarici İşlər Vizarətxanası tərəfindən ciddi şəkildə araşdırılmasını istəyib. “Fatimə Taleqani Azadi” radiosu baş verən hadisədə yanaraq ölən üç mühacirin kimliyinin ortaya çıxması üçün çalışmaların sürdüyünü bildirib. Habelə maşın yanğınında yaralananların mərizxanada və İran dövlətinin ixtiyarında olduğunu bildirib.
Taleqani habelə yaralı muhacirlərin yatağa bağlanmalarıyla bağlı sosial mediada paylaşılan görüntülərin doğruluğunu təyid edibdir. Bu iş əfqanların geniş etirazlarına səbəb olub. Qəfur Lübnandan İran polisinin bu işindən tənqid edərək onun qanunsuz olduğunu bildirib bu işə son verilməsini istəyib.
Xatırladaq ki, xurdadın 15-də Yəzddə İran polisi əfqanıstanlı muhacirlərin içində olduğu bir maşına güllə atıb. Çıxan yanğın nəticəsində 3 mühacir canını itirib, 8 nəfəri də yaralanıb.
Bir müddət öncə də İran və Əfqanıstan mərzində onlarca mühacir İranın əmniyyət quvvələri tərəfindən işgəncə edildikdən sonra çaya atılıblar. İllərdir ki, İranda yaşayan Əfqanıstanlı mühacirlər məruz qaldıqları faşizmə etiraz edirlər. Son yaşanan olaylar da Əfqanistanın siyasiləri və millətində İrana qarşı etirazların çoxalmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button