Dünya

“SAUDİ ARAMCO” NƏFTİN QİYMƏTİNİ ARTIRDI

Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” iyul ayı üçün tədarük etdiyi neftin qiymətlərini artırıb.
Bu barədə “Bloomberg” qiymət cədvəlinə istinadən xəbər verir.
Bundan əvvəl “Saudi Aramco” şirkəti “OPEC+”
iclasının nəticəsini gözləyərək iyul ayındakı neft qiymətlərinin elanını bazar gününə qədər təxirə salmışdı.
Məlumata əsasən, şirkət bütün bölgələr üçün qiymətləri artırıb. Qeyd olunur ki, Asiya ölkələri üçün nəft sadirat qiyməti bir barel üçün 5,6-7,3 Amerika dolları artırılıb.
Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin vəzirlərinin juənin 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik nəft tolidinin 9,7 mln. barel azaldılması ilə bağlı mövcud tarifin müddətinin daha 1 ay, juənin sonunadək uzadılması barədə qərar qəbul olunub.
Bununla yanaşı, may-juən aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu culay avqust və sentyabr aylarındakı tolid göstəriciləri ilə qəramət etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Vəzirlərin Birgə Baxış Komitəsinin iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib.
Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri vəzirlərin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft tolidinin may-juəndə 9,7 mln. barel, culay-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Related Articles

Bir cavab yazın

Back to top button