İran

Mütəxəssis: İran və İsrail yaxın zamanda müharibəyə başlaya bilərlər

İsrail və İran yaxın zamanlarda hərb meydanında toqquşa bilər.

Aznews.tv xəbər verir ki, bunu israilli hərbi analitik və mütəxəssis Çvi Yexezkeli deyib.

“Əgər İsrail hücumlarını davam edərsə və qarşısına İranın raket layihəsini və güclənməsini məqsəd qoyarsa bu baş verəcək. Lakin, düşünürəm ki, İsrail öz növbəti addımlarını gözdən keçirəcək və belə bir münaqişədən qaçınacaq”, – deyə o, bildirib.

Onun sözlərinə görə, İran hal-hazırda elə bir münaqişənin astanasındadır ki, burada hər şey İsrailin addımlarından asılıdır.

“Tehran təhdid siyasətini ərəb blokunun, ABŞ-ın və Səudiyyə Ərəbistanının ehtiyyatsızlığı ucbatından seçib. İsrail Trampın 3-cü səhvinin fəsadları ilə məşğuldur. Birinci səhv onların pilotsuz aparatı vurmasından sonra, ABŞ prezidentinin təyyarələri göyə qaldrımaq əmrindən sonra, bu əmri geri götürməsi olub. Bu bir zəiflik göstəricisidir. İkinci səhv, Trampın Ruhani ilə görüşmək istədiyini bəyan etməsi və İran prezidentinin buna məhəl qoymamasıdır. Üçüncü səhv isə kürdlərə qarşı ABŞ-ın “satqınlığı” olub. Bölgədə bu satqınlıq kimi qiymətləndirilir və hal-hazırda səudilər ABŞ-ın onları da satacağını düşünür”, – deyə mütəxəssis vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button