Azərbaycan

“Nati̇onal Geographi̇c” Xudafəri̇n körpüsünün fotosunu paylaşıb

“National Geographic”in instaqram səhifəsində Azərbaycanın tarixi Xudafərin körpüsünün fotosu paylaşılıb. Paylaşımda XII əsrin abidəsi sayılan Xudafərin körpüsünün Azərbaycanı quzey və güney olmaqla ikiyə bölən Araz çayı üzərində yerləşdiyi bildirilib. Quzey Azərbaycanın Cəbrayıl şəhristanında yerləşən körpünün Ermənistan qüvvələri tərəfindən işğal olunduğu, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarıldığı qeyd edilib. Bundan başqa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilib. Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş verən savaş nəticəsində geri qaytardığı diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button