BölgəDünya

Qazaxistan qazax türkləri̇ i̇lə bağlı Çinə çağiriş edi̇b

Qazaxıstanın Xarici İşlər Vəzirliyi Çin hökumətindən bu ölkədəki qazax türklərinin istəklərinə baxılmasını tələb edib. Məsələ ilə bağlı Güney Azərbaycan Demokratik Türk Birliyinin Mətbuat Mərkəzi məlumat yayıb. Qazaxıstanın Xarici İşlər vəziri Muxtar Karibay paytaxt Nur-Sultanda jurnalistlərə açıqlamasında onlarca qazax türkünün bir aydır Almatıdakı Çin konsulluğunun qarşısında dinc etiraz keçirdiklərini vurğulayıb. Həmin şəxslər Çinin doğu Türküstan muxtar vilayətində saxlanılan yaxınlarının azad olunmasını xahiş edirlər. Qazaxıstan rəsmisi bəzi Qazaxıstan vətəndaşlarının və ya Çinin etnik qazax vətəndaşlarının Çində Sintzyan vilayətini tərk edə bilməyən doğmalarından narahat olduqlarına da diqqət çəkib. O, bu şəxslərin yüzdə 90-nın artıq Qazaxıstana qayıtdıqlarını açıqlayıb.

“Biz Çin tərəfini bu adamlarla görüşməyə və onların şikayətlərinə baxmağa çağırdıq ki, Çin səfirliyinin qarşısındakı gündəlik etirazlara da son qoyulsun. Biz belə bir beynəlmiləl qaydaya əməl edirik ki, bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmamalıdır. Ancaq mövcud qanunvericilik və hüquq sistemi yaxın qohumların bir-birindən ayrı salınmasını qadağan edir”, – deyə Muxtar Karibay əlavə edib.

Qeyd edək ki, Çin kommunist rejimi işğal etdiyi Doğu Türküstanda 3 milyon türkü toplama zindanlarında həbs edib, uyğur və qazax türklərinə qarşı soyqırımı törədir.

Related Articles

Bir cavab yazın

Back to top button