Azərbaycanen

Naxçıvanın Türkiyə ilə sərhədi açıldı

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında sərhədlər açılıb.

Bu gündən etibarən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən Türkiyəyə keçməyə icazə verilib. Hazırda sərhəddən yalnız şəxsi avtomobillərlə keçmək mümkündür.

Məlumata görə, Türkiyəyə Naxçıvan sakinləri buraxılır, digər regionlarda qeydiyyatda olan vətəndaşların Naxçıvandan Türkiyəyə keçməsinə icazə verilmir.

Hələlik Türkiyə sərhədini avtobuslarla keçmək mümkün deyil.

Qeyd edək ki, Naxçıvan-Türkiyə sərhədi ötən il bağlanmışdı. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button