İqtisadiyyat

Neft və təbii qazın qiymətində artım olub

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1,59% artaraq 1 barelə görə 52,32 dollar təşkil edib. Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,45% artaraq 49,06 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də artıb. Belə ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln British thermal unit-ə görə 2,73% artaraq 2,708 Amerika dolları təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button