Dünya

“New York Times”: “Tramp “Nətənz”ə zərbə endirilməsi ilə bağlı görüş keçirib”

Amerika prezidenti Donald Tramp Ağ Evdə öz müşavirləri ilə görüşərək qarşıdakı həftələrdə İranın “Nətənz” atom saytına zərbə endirilməsi ilə bağlı əlverişli seçiminin olub-olmamasını müzakirə edib. Prezidentin köməkçisi Mak Pens, xarici işlər vəziri Mayk Pompeo və Pentaqon başçısı Kris Miller Trampa xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, prezidentlik müddətinin son həftələrində İranın atom saytlarına hər hansı hücum böyük bir qarşıdurmaya səbəb ola bilər. Bu barədə “New York Times” qəzeti Amerikanın indiki və keçmiş dörd məqamına istinadən məlumat verib. Qəzet bildirib ki, istər raket, istərsə də sayberi hücumlar “Nətənz” atom saytına yönəldiləcək. Donald Trampın cümə axşamı məsləhətçiləri ilə görüşü Beynəlmiləl Atom Enerjisi Ajansının raporu dərc edildikdən sonra baş tutub. Ajans bu raporda İranın atom maddələri zəxirələrinin çoxalması barədə bilgi verib. Qeyd edilib ki, İranın zənginləşdirilmiş uranium zəxirəsi atom anlaşmasında icazə verilən miqdardan 12 dəfə çoxdur. İran bölgədəki öz qabaqcıl santrifyujlarının bir qismətini razılaşmaya zidd olaraq yeraltı atom saytına köçürüb.

Related Articles

Bir cavab yazın

Back to top button