Dünya

Nigeriyada silahlılar 62 nəfəri qətlə yetiriblər

Məlumata görə, hadisə ölkənin qərbindəki Niger ştatında baş verib. Ölkə polisinin nümayəndəsi hələlik 12 qətli rəsmi olaraq təsdiqləyib.

Məlumata görə, hadisə ölkənin qərbindəki Niger ştatında baş verib. Ölkə polisinin nümayəndəsi hələlik 12 qətli rəsmi olaraq təsdiqləyib. Lakin ölənlərin dəqiq sayını müəyyənləşdirmək üçün hadisə yerinə təhqiqatçılar göndərilib.

Senator Devid Umaru hücumdan zərər çəkən ərazilərə güc strukturlarının əlavə qüvvələrinin göndərilməsini təklif edib.

Qeyd edək ki, son günlər ölkədə silahlılar tərəfindən törədilən kütləvi qətl halları artıb. Belə ki, iyunun 8-10-da  Nigeriyada silahlı qruplaşmaların kəndlərə hücumu nəticəsində azı 43 nəfər ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button