Bölgəİdman

“Traktor Sazi”-nin yeni baş məşqçisi bəlli oldu

İranın Körfəz Pro liqasında uğurla iştirak edənTəbrizin “Traktor Sazi” klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb.

Aznews.tv-nin verdiyi məlumata əsasən, gələcək 5 il ərzində Təbriz klubunu türkiyəli mütəxəssis Mustafa Dənizli məşq etdirəcək.

Xatırladaq ki, Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi.

Futbolçu kimi İzmirin “Altay” klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub.

1983-cü ildə “Qalatasaray”-a transfer olunan Dənizli burada bir mövsüm keçirir.

Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button