İran

Nüvə danışıqlarında əsas məsələlər həll olunmamış qalıb

İran Xarici İşlər Nazirliyi öncəki mövqeindən fərqli bəyanatla çıxış edib.

İran Xarici İşlər Nazirliyi bundan öncə Viyanada keçirilən nüvə danışıqları ilə bağlı iddialı çıxışlarından fərqli bəyaatla çıxış edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətbzadə mediaya verdiyi açıqlamada danışıqların həssas mərhələyə çatdığını, ancaq bunun danışıqların dondurulması anlamına gəlmədiyini deyib.

O, bunun ixtilaflı mövzuların ortaya çıxması ilə əlaqələndirib və danışıqların davam etdirilməsinin daha çox qərb ölkələrinin, özəlliklə Amerikanın bundan sonra qəbul edəcəyi qərarlardan asılı olduğunu söyləyib.

Bununla yanaşı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fevralın 14-də İrlandiyanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında İranın sanksiyaların ləğvi və Vyanada yaxşı razılaşma əldə etmək üçün tələsdiyini, ancaq “Qərb tərəflərinin mətn və zaman oyununu bir kənara qoymalı” olduqlarını deyib.

“Qarşı tərəflərin təhdidləri və xəbərdarlıqları danışıqlara son nöqtəni qoymur. Ancaq razılığa gəlmək üçün həlledici olan danışıq masasının reallığı və onların öhdəliklərinə qayıtmaq səyləridir”-deyə, Əmir Abdullahiyan bildirib.

Royterz agentliyi fevralın 14-ü axşam saatlarında adının çəkilməsini istəməyən yüksək rütbəli İran diplomatına istinadən nüvə danışıqlarının martın əvvəlinə qədər nəticə verməyəcəyini yazıb.

“Çətin məsələlərin təxminən 30 faizi hələ həll olunmayıb, ancaq martın əvvəlinə qədər razılığa gəlmək mümkündür. Əgər hər şey yaxşı olarsa, martın əvvəlində razılıq əldə oluna bilər “-deyə, Royterz yüksək rütbəli İran rəsmisinin istinadən yazıb.

Bununla yanaşı “Amerikanın səsi”nin fars bölümünün üç Amerika hökumət rəsmisinə istinad edərək bildirib ki, Amerika prezidenti Co Baydenin administrasiyası hesab edir ki, nüvə danışıqlarını xilas etmək üçün fevralın sonuna qədər vaxt var. Əks halda Amerika kursunu dəyişməli və İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün başqa variantlar axtarmalı olacaq.

Bundan öncə Amerikanın xarici işlər naziri Antoni Blinkin İranın danışıq şərtlərinə əməl etməyəcəyi təqdirdə Amerikanın ona qarşı fərqli yol seçəcəyi barədə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button