Azərbaycan

Təbrizdə etirazçı işçilər hədələnir

8-ci gündür tətil aksiyası keçirən işçilərin irəli sürdükləri istəklərə cavab verilmir.

Təbrizin Motojen şirkətinin işçilərinin tətil aksiyasına başlamalarından 8 gün keçməsinə baxmayaraq onların irəli sürdükləri istəklərə cavab verilmirş

Fevralın 14-ü axşam saatlarında narazı işçilərin nümayəndələri onların irəli sürdükləri təkliflərə müsbət cavab verilməməsi ilə yanaşı şirkət rəhbərliyi trəfindən işdən qovulmaqla, istehsalın dayandırıldığı üçün tətil edənlərə qarşı cəza tədbirlərinin görüləcəyi ilə hədələndiklərini deyiblər.

Qeyd edək ki, bir həftədən çoxdur 500 işçi iş şərayitlərinə görə qanunla nəzərdə tutulan 4% əlavə ödənişin şirkət rəhbərliyi tərəfindən ödənilmədiyinə görə tətil aksiyası keçirirlər.

Bununla yanaşı şirkət işçiləri sığorta vəziyyətinin qeyri-müəyyənliyinə, əmək haqlarının verilməməsinə, rəhbərliyin daha çox qazanc əldə etmək üçün işçiləri müvəqqəti olaraq işə götürməsindən narazılıqlarını bildirirlər.

Təbrizin Motojen şirkətində çalışan işçilərin 30%-ı rəsmi qaydada işə götürülüb və qalan 70? Müvəqqəti və qısa müddətli müqavilələr əsasında çalışdıqları üçün qanunla nəzərdə tutulan bütün imtiyaz və xidmətlərdən məhrumdurlar.

Related Articles

Bir cavab yazın

Back to top button