İran

Ölkəni̇n əki̇nçi̇li̇yi̇ mafi̇ya nəzarəti̇

İranda Azərbaycan ən zəngin əkinçilik qaynağı və keçmişinə sahib məntəqə olaraq bilinir. Azərbaycan tarix boyu bütün İranın yeyinti məhsulları potansiyeli və gücünə sahib olub. Əngəllərə baxmayaraq, inkişafdan geri qalmayıb.

Ancaq illər boyu yanlış siyasət və müdüriyyət sayəsində Azərbaycan əkinçiliyi ciddi mənada zərər görüb. Hakimiyyət imkanlarından yararlana bilmədiyi üçün geriləyib.
Habelə, su müdiriyyətinin səriştəsizliyi üzündən Azərbaycan ərazisində ciddi susuzluq böhranı yaranıb. Bunun yanında düzgün və şəffaf satış zəncirlərinin olmaması Azərbaycan əkinçiliyini çətin duruma qoyan bir ayrı qonudur.
İllərcə yanlış su müdiriyyəti sayəsində tamamən qurumağa üz qoyan Urmu Gölü hazırda Azərbaycanın təbiətinin yanında əkinçilik və iqtisadını da ciddi mənada təhdid edir. Uzmanların nəzərinə görə Urmu Gölü böhranının qabağını almaq üçün tezliklə əkinçilik yöntəmlərində dəyişik edilməlidir. Daha az su istəyən və maddi dəyəri çox olan məhsullar əkilməlidir. Buna görə misal üçün püstə və ya zəfəran əkimi Azərbaycan məntəqəsində önərilir. Bunun kimi məhsullar həm son dərəcə iqtisadi olaraq yuxarı gəlirə sahibdilər, həm də az su ehtiyacına görə su böhranında topraqları qorumaq üçün lazimdır. Ancaq illərcə püstə kimi dəyərli ağacların Azərbaycanda əkilməsinda çətinliklər yaradılıb. Bu yasaq İrandakı püstə mafiyası tərəfindən həyata keçirilir. Hətta yuxarı siyasi məqamların da əlinin olduğu düşünülür. Ancaq hər halda bir əkinçilik modelinin dəyişimi ciddi risk alan məsələ olduğuna görə dövlət tərəfindən ciddi himayət gərəkdirən qonudur.
Azərbaycan əkinçiliyinin əsas müşküllərindən biri də məhsulların satışıyla bağlıdır. Belə ki, hasad zamanı gəlincə məhsulların satışıyla bağlı bir çox müşkül yaranır. Urmuda üzüm, Marağada alma, Xoyda günəbaxan toxumu və Zənganda zeytun kimi məhsullar əkinçinin əlində qalır. Mafiyalar və vasitələr tam hasad zamanı qiymətləri endirirlər və əkinçi məhsulunu qoruya bilmədiyinə görə zərərinə və az qiymətə satmalı olurlar.
Dövlət və başda Əkinçilik Cihadı Vəzirliyi hər il bir çox məhsulun almasıyla ilgili söz verir. Ancaq verdiyi sözləri ya tutmur, ya da o qədər gec hərəkət edir ki, mafiyalara meydan açır.
Habelə əkinçidən alınan ucuz meyvələr neçə əl dolandıqdan sonra bazara bahasına yetişir. Beləliklə, istər əkinçi, istərsə də istifadəçi zərər görür. Siyasətçilərlə əlbir olan mafiyanın cibi dolur.

Related Articles

Bir cavab yazın

Back to top button