İran

ÖLKƏ FUTBOLU DÜNYA YARIŞLARINDAN MƏHRUM EDİLƏ BİLƏR

FİFA- İran futbalı ilə bağlı qərar verib. Bu ölkənin dünya yarışlarından məhrum edilməməsi üçün 3 gün vaxt verilib.
FİFA, İran Futbal Federasyonuna göndərdiyi namədə qurumun əsasnaməsinə düzəliş edilməyəcəyi halda fəaliyyətinin dayandırılacağı və dünya yarışlarna qatılmaqdan məhrum ediləcəyi barədə ixtar verib.
Beynəlxalq qurum İran məqamlarına bu Federasyonun əsasnaməsindəki qüsurları aradan qaldırmağı və yeni mətnin layihəsini FIFA-nın Suisdə yerləşən dəftərinə göndərməsi üçün 16 xordad tarixinədək vaxt verib.
İran Futbol Federasyonu mey ayının ortalarında bu federasyonun əsasnaməsinin yenilənmiş nüsxəsini FIFA-ya göndərib, ancaq Dünya Futbol Federaiyonu bunu qəbul etməyib.
FİFA bu yaxınlarda İran dövlətinin futbala müdaxilə edə biləcəyi ilə bağlı nigarançılıqlara görə İran Futbol Federasyonuna keçirilən seçkini əngəlləyərək bunu qanunsuz adlandırıb.
İran Futbol Federasyonunın sabiq rəisi Əli Kəffaşiyan keçən ilin avril ayında verdiyi radio müsahibədə açıq şəkildə İran dövlətinin ölkənin Futbol Federasyonuna müdaxiləsini təyid edərək bildirib ki, onlar İran Futbol Federasyonunun müstəqil olduğu barədə dəfələrlə FİFA-ya yalan məlumatlar veriblər.

Related Articles

Bir cavab yazın

Back to top button