İran

TEHRANDA YOXSUL AİLƏLƏRİN SAYI ARTIB

Tehranda 4 nəfərlik ailənin yoxsulluq xətti yüzdə 80 artıb
Məclisin araşdırmalar mərkəzinin yayınladığı ən son quzarişdə bildirilir ki, 4 nəfərlik ailələrin yoxsulluq xətti 1398-99-cu illərində yüzdə 80-ə yüksəlib. Mərkəzin verdiyi məlumata görə yüksək təvvrüm və adam başına gəlirlərin azalması yoxsulluq xəttinin artmasında əsas amillərdən biriidir. Məlumata əsasən yoxsulluq xətti 2.5 milyondan 4.5 milyona yüksəlibdir. mütəvəssit ölkə yoxsulluq xətti son iki ildə 1.5 milyondan 2 milyona çatıb.
Xatırladaq ki, yoxsulluq xətti 1390-cı illərin əvllərində 1 milyon və mütəvəssit ölkə yoxsulluq xətti isə 500 min tümən olubdur.
Qeyd edək ki, rəsmi amarlara görə xalqın yüzdə 30-dan 40-a qədəri yoxsulluq xətiindən aşağa səviyyədə yaşayırlar.
Eyni halda iqtisad mütəxəssisi Heydər Mostəxdemin Hüseyni bu ilin fərvərdin ayında deyib ki, yoxsulluq xətti İranın böyük şəhərlərində 5 milyon sayir şəhərlərdə isə 1 milyondan 3 milyona kimidir.
Eyni halda mərkəzi bankının verdiyi amara əsasən 97-ci ilin təvərrümü yüzdə 31.2 və 98-ci ilinki isə yüzdə 41.2 olduğu bildirilib.
Eləcədə məclisin yayınladığı quzarişdı bildirilir ki, 1390-cı ildən 1398-ci ilinə kimi adambaşına olan gəlirlər yüzdə 34 azalıbdır.

Related Articles

Bir cavab yazın

Back to top button