İran

Ölkədə koronavirusla bağlı son durum

İranda koronavirusla bağlı son aamara görə, Şərqi Azərbaycanda tibb işçilərindən 1750 nəfər virusa tutulub. Bu barədə İranın Sağlamlıq Vəzirliyi açıqlama verib. Belə ki, ölkədə 2,751 yeni koronavirus mərizinin olduğu bəlli olub. Covid-19 mərizlərinin sayının bu gün günorta saatlarına qədər 314,786-ya çatdığını açıqlanıb.

Vəzirliyin sözçüsü Sima Sadat Lari bildirib ki, son 24 saatda İranda daha 212 nəfər epidemidən ölüb. Beləliklə, İranda koronavirusundan ölənlərin sayı 2617-ə çatıb. Qeyd edək ki, mərizlərdən 4.132-nin vəziyyəti ağırdır. İndiyə qədər 272.535 nəfər isə epidemidən sağalıb. Xatırladaq ki, İranda ümumilikdə 2,560,374 Covid-19 testi keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button