Azərbaycan

Təbrizin yeni bələdiyyə başçısı seçildi

O, Şəhər Şurası üzvlərinin səs çoxluğu ilə yeni bələdiyyə başçısı seçilib.

Martin 8-i səhər saatlarında Təbriz Şəhər Şurasının 63-cü toplantısında bələdiyyə başqanlığı seçimləri keçirilib və Yəqub Huşyar səs çoxluğu ilə Təbrizin 68-ci bələdiyyə başqanlığına gətirilib.

Şəhər Şurası üzvlərinin 7 səsini qazanan Yəqub Huşyarın rəqibi Səid Şərifzadə 6 səs toplayaraq seçkini uduzub.

Yəqub Huşyar 1977-ci ildə Təbrizdə anadan olub və Təbriz Universitetinin İnşaat Mühəndisliyini bitirib.

O, iki dövr Təbrizin iki bölgəsinin bələdiyyə başçısı, bir müddət isə Tehran şəhərinin 18-ci bölgəsinin bələdiyyə başçısı kimi çalışıb.
Qeyd edək ki, 30 avqust 2021-ci ildə Təbriz bələdiyyə başqanlığına təyin olunan Abbas Rəncbər 19 fevral 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

Təbriz Şəhər Şutasının impiçment təklifindən sonra keçirilən toplantıda bələdiyyə başçısının müdafiə çıxışı Şəhər Şurasının üzvləri tərəfindən qəbul edilmədiyi üçün onun vəzifədə qalıb-qalmaması ilıə bağlı səsvermə keçirilib.

Səsvermə nəticəsində 9 əleyhinə və 4 leyhinə olmaqla bir neçə ay bundan öncə vəzifəyə təyin olunan bələdiyyə başçısı Abbas Rəncbər vəzifəsindən uzaqlaşdırılıb.

Rəncbər məsələ ilə bağlı verdiyi açıqlamada korrupsiyaya qarşı mübarizə apardığına görə, hilə yolu ilə işdən uzaqlaşdırıldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button