İran

İranın Mədəniyyət və İrşad İdarəsindən panfarsist iddia: “Nizami İran və fars şairidir”

Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Qasım Nazimi Azərbaycan Təbrizdə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı keçirilən simpoziumda panfarsistlərin iddialarını təkrar edib

“Bir sıra alim və şairlərin, o cümlədən Nizaminin doğum yeri və məzarları İran sərhədlərindən qıraqda qalmasına baxmayaraq, onları ruhu və yaradıcılığı bütünlüklə İrana aiddir.

“İranın və fars dilinin mədəni coğrafiyası indiki coğrafi sərhədlərdən xeyli genişdir.

Şərqi Azərbaycanın Mədəniyyət və İrşad İdarəsi İranlı məşhurlara sahib çıxmaqla yanaşı, bəzilərini də qürbətdən nicat verib və onların əsərlərindəki mövcud əxlaqi və bəşəri düşüncələri dünyaya tanıtdırmağa çalışır”-deyə, Nazimi Nizaminin İran şairi kimi dünyaya tanıtdırılması ilə bağlı planlar hazırladıqlarını bildirib.

Qeyd edək ki, İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.

Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonuna kimi tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və Universitetlərdə bununla bağlı ədəbi yarışların təşkil ediləcəyi bildirilir.

Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsiNizaminin farslaşdırılması yönündə panfarsist və radikal fars miliyyətçilərinin təbliğat işlərinin əsas aırlığını öz üzərinə götürməsi və xüsusi fədakarlığı ilə seçilir.

Related Articles

Bir cavab yazın

Back to top button