İran

Oxulların yenidən açılması ilə bağlı Birgə Bəyanat

Mehr ayının biri ,İranda fars dilli olmayan millətlərin kültürəl soyqırım günüdür.

İran adlanan ölkədə mehr ayının başlanğıcı, fars dilli olmayan millətlərin mənəvi soyqırımına ,”yandırılmış torpaq”  və asimilə etmə siyasətini qəbul etmək deməkdir.

İranda Oxullar mehr ayında açılacaq və on illiklər ərzində olduğu dək , ölkədə çox millətli fars dilli olmayan millətlərin günahsız üşaqların mənəvi soy qırımı yeniden başlanacaq.

İranda ilk çağdaş məktəbi quran Azərbaycanlı, “Vətən Dili ” adlı ilk milli Azərbaycan dərsliyini Azərbaycan türk dilində yazdı. O, eyni zamanda öz yüksək mədəniyyətinə dayanaraq oçağın

geri qalmış irticaçılarına qarşı vətənin günahsız qızlarını tərbiyə və eytiminə çalışdı, başarılı addımlar atdı. Ancaq ,təhqir, tarixi təhrif, aşağılama, eləcə də milli basqıdan başqa heç nə əldə etmədi. Türklər “Azəri” adlandırıldı, türk adları fars dilinə çevrildi və ya tərcümə edildi, Güney Azərbaycanın tarixi torpaqları parça -parça olundu habelə türklərin məzlum uşaqları, Azərbaycan cənnətindən halal qazanç üçün İranın çöllərinə  köçüb aşağılayıcı işlərlə məşğul olmaq  zorunda qalırlar.

Mehrın 1 -də məktəblər açılır, amma nə qədər acıdır ki, bir türk öyrəncisi ana dilini köhnə xatirələrlə bağlanır və bugün  kültür soyqırımının odunu olur.

Məktəblərdə türkcə danışmaq qadağası, cərimələrin təyin edilməsi və yas törənlərində türkcə ağıtların da yasağı, etirazçıların bu ölkədən qovulması eləcə də on minlərcə insanımızın 1325 -ci ilin azər ayında vəhşicəsinə öldürülməsi, İran fars şovinizminin millətimizə qarşı Türk dilini yox etmək üçün yalnız bir neçə nümunesi sayılır .Bütün bunlara baxmayaraq çağdaş dünyada və mədəni insan aləmində ana dilini öyrənmək eləcə də ana dilində eytim almaq, hər bir öyrəncinin ən açıq habelə zorunlu haqqı və hüququdur.   Ana dilinin bəyannaməsi, Ümumdünya İnsan Haqları hüququ, uluslararası bəyannamələr və konvensiyalar bunu təsdiqləyirlər.

Bu il Oxulların yenidən açılışı ərəfəsində Güney Azərbaycan Milli Hərəkatının onlarla tanınmış fəalının Ana dilində eytim üçün göstərdikləri mədəni mübarizəyə qarşı, İran rejiminin cavabı həbsxanalarla işgəncələrə məruz qaldıqları olub.

Ana Vətən Azərbaycanımızın böyük bir hissəsi işğal və zalımlıq boyunduruğundadır. Hökmdarlar çox yaxşı bilməlidir ki, Azərbaycan Türk milləti, öz va:rislərinin mədəni və milli hüquqlarının tam şəkildə həyata keçirilməsi uğrunda mübarizəyə davam edəcək və Türk dilinin İranda rəsmiyətə tanınmasına qədər təslim olmayacaq .

Millətimiz Ana dilində eytim almaq hüququ, Öz müqəddəratını bəlirləmə  hüququnun əldə edilməsinə dək ,zəfərin tam həyata keçirilməsinə dək davam edəcək.

Biz, Güney Azərbaycan təşkilatları ilə partiyaları,

İran əmniyət qurumlarının türk siyasi fəallarını yersiz və əsassız həbs etmələrini şiddətlə qınayırıq və onların qeyd -şərtsiz azad edilməsini istərkən bildiririk ki, Azərbaycanlı fəalların sağlamlığı və təhlükəsizliklərinə, rejim sorunludur və məsuliyyət daşıyır

Yaşasın Azərbaycan

  • Azadlıq Cəbhəsi (GAMAC)
  • Azərbaycan Mərkəz Partiyası (AMP)
  • Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
  • Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
  • Güney Azərbaycan Demokrat Partiyası (GADP)
  • Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
  • Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
  • Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
  • Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

22.09.2021

Related Articles

Bir cavab yazın

Back to top button