Dünya

Pakistan Cammu-Kəşmir məsələsinə görə Azərbaycana təşəkkürünü bildirib

Pakistanın xarici işlər vəziri Şah Mahmud Qureyşi Kəşmir və Cammu məsələsində İslamabadın mövqeyini dəstəklədiyi üçün İslam Əməkdaşlıq Təşkilatına təşəkkürünü bildirib. Vəzir İslam ölkələrinin münaqişənin barış yolu ilə nizama salınmasına verdiyi dəstəyi özəlliklə vurğulayıb. Şah Mahmud Qureyşi bildirib ki, ötən ilin novambrında Niameydə keçirilmiş Şuranın 47-ci toplantısında Cammu və Kəşmir probleminin həlli üçün şuraya özəl görəv verilib.
Pakistanlı vəzir Qrupunun üzvləri olan Azərbaycan, Niceriya, Səudiyyə Ərəbistanı və Türkiyəyə Cammu-Kəşmir probleminin həllində göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button