Dünya

Parisdə karantin tədbirləri sərtləşdirilir

Parisdə və ətraf yerlərdə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər sərtləşdirilir.

Bu barədə paytaxtın meri Ann Hidalqo bildirib.

Paytaxtın rəhbəri yeni qaydalara görə, qida və içkiləri ünvanlara çatdıran, ətrafında tez-tez sıxlıq yaranan dükanlar axşam saat 10:00-da bağlanacaq.

Oktyabrın 30-da prezident Emanuel Makron 1 dekabr tarixinədək ölkədə karantin rejimini tətbiq edib. İctimai iaşə müəssisələri, idman salonları və klublar, həmçinin ərzaq dükanları və apteklər istisna olmaqla ticarət müəssisələri fəaliyyətini dayandırıb. Buna baxmayaraq, Parisdə insanları lokdaun qaydalarına əməl etdirəcək əlavə tədbirlərə ehtiyac olduğu bildirilir. Belə ki, paytaxtda gizli şəkildə müxtəlif məclis və toplantıların keçirildiyi hökumətin narahatlığına səbəb olub.

“Oyun qaydalarına riayət etməyərək bir çox insanların sağlamlığını təhlükə altına qoyanları yada salsaq, onda yeni məhdudiyyətlərə ehtiyac olduğu bir daha aydınlaşır”, – Paris meri qeyd edib.

Çərşənbə günü Fransada COVID-19 virusuna yoluxanların sayı 40 558 nəfər artaraq 1,5 milyona çatır. O cümlədən ölənlərin də sayı 385 nəfər artaraq 38 674-ə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button