İran

Sipahla ilgili 27 sayt bloklanıb

Sipahla ilgili 27 sayt yalan bilgilər yaydıqları üçün bloklanıb. Bu barədə Amerikanın Daadqustəri Vəzirliyinin novambrın 4-də yaydığı açıqlamada qeyd olunub. Vəzirlik oktobrın 7-də də Sipahın istifadə etdiyi 92 internet damənəsinə qadağa qoyulmasına işarə edərək bildirib: “Amerika ölkədə keçirilən seçkilərlə bağlı xarici ölkələr tərəfindən yalan bilgilərin yayılmasına qarşı mübarizə aparır. Sipaha bağlı saytlar Amerikalılara təsir etmək hədəfi güdüb. Onlardan bəziləri tamamilə ərəb dilində yayımlanıb. Orta Şərq xəbərlərini işıqlandırıb. Sözügedən saytların bəziləri İranın xarici siyasətinə uyğun olaraq anti-Amerika, anti-Ərəbistan və anti-İsrail məzmunlu xəbərlər dərc ediblər”. Məlumata görə, həmin saytlardan bəziləri başqa qaynaqlara aid bilgiləri toplayaraq öz adı altında yayımlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button