Dünya

Paşinyandan görüş sonrası açıqlama: Bunu hədəfləyirik!

Çox pozitiv görüş oldu, biz faktiki olaraq gündəlikdəki bütün məsələləri müzakirə etdik, bu sözləri Ermənistan Baş vəziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra açıqlamasında deyib.

“Qeyd edim ki, bir çox məsələdə mövqeyimizi dəqiqləşdirdik. Bəlli oldu ki, əksər məsələlərdə baxışlarımızda heç bir fərq yoxdur. Bölgədə bütün nəqliyyat və iqtisadi irtibatat kanallarının necə işləyəcəyi ilə bağlı ümumi düşüncəyə sahib olduğumuzu qeyd etdik”, – deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, üçtərəfli bəyanat qəbul etdik, orda Ermənistan və Azərbaycan sınırında sabitlik və təhlükəsizlik üçün hansısa bir mekanizmin yaradılması nəzərdə tutulur:

“İnsani məsələlərə də toxunuldu. Ümumilikdə bugünkü görüşü çox pozitiv qiymətləndirirəm. Düşünürəm, bu görüş əsasında söhbətimizin müəyyən yöntəmini yaratmaq mümkün olarsa, dəqiq nəticələr gözləmək olar. Mən Ermənistanın və onun hakimiyyətinin barış dövrü açmaq, ölkəmizin və bölgənin dinc gəlişməsi üçün hazır olduğunu təsdiqləyirəm, biz bunu hədəfləyirik. Bugünkü toplantı bu gündəliyin həyata keçirilməsinə fayda verdi”.

Related Articles

Bir cavab yazın

Back to top button