Dünya

Pentaqon: Amerika və İsrailin difa vəzirləri görüşündə İranın dağıdıcı rəftarı və hərəkətləri müzakirə olunacaq

Pentaqon sözçüsü Con Kirbi juənin 1-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında İran rejiminin bölgədə təxribat fəaliyyətindən və bu məsələnin Amerika ilə İsrail arasında müzakirə ediləcəyindən danışıb.
Kirbi deyib ki, İranın bölgədə dağıdıcı fəaliyyəti məsələsi ilə bağlı juənin 3-də Vaşinqtona səfər edəcək İsrailin difa vəziri Beni Qantsın amerikalı həmkarı ilə keçiriləcək görüşündə müzakirə ediləcək.
Amerika difa vəzirliyinin sözçüsü artırıb: “Bu, İsrailin difa vəzirinin amerikalı həmkarı ilə ilk görüşü və söhbəti deyil. Onlar ötən həftələrdə bir-biri ilə davamlı olaraq telefonla danışaraq, Qəzzə və bölgənin başqa yerlərində meydana gələn olaylar barədə danışıqlar və fikir mübadiləsi aparıblar. Əlbəttə biz də son günlər İsrailə səfər etmişik və tərəflər arasında bu alanda çox uğurlu danışıqlar aparılıb”.
“Ümid edirik ki, juənin 3-də cümə axşamı günü Vaşinqtonda keçiriləcək görüşdə bölgədə əmniyətin qorunması, İranın Orta doğu ölkələrinin daxili işlərinə müdaxiləsi və onun dağıdıcı rəftarı ölkələrimiz arasında aparılacaq danışıqların ən önəmli mövzularından biri olacaq”, – deyə Con Kirbi mətbuata açıqlamasında bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button