İyunun 8-i səhər saatlarında İranda qatarın yoldan çıxması nəticəsində ağır qəza baş verib və onlarla nəfər ölüb və yaralanıb.
Məşhəd-Yəzd qatarının 5 vaqonunun Abbasabad bölgəsində xətdən çıxması nəticəsində 13 nəfər ölüb, 50 nəfər ağır bədən xəsarətləri alıb.
Yəz əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədəli Məlikzadə mediaya verdiyi açıqlamada yaralılarının 16-nın durumunun ağır olduğunu və 4 nəfərin itkin düşdüyünü bildirib.
O, qəza baş verən bölgədə nəqliyyatın hərəkətinin çətinn olduğuna görə, xilasetmə işlərinin vaxt apardığını və hadisə yerinə 3 helikopterin cəlb olunduğunu söyləyib.