Dünyaİran

Pentaqon rəsmiləri: “B-52 bombardmançılarının uçuşu İrana açıq mesaj idi”

Amerika rəsmiləri hesab edir ki, Tehran Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etməyi planlaşdırır.

Amerika Müdafiə Nazirliyinin Pentaqondakı yüksək rütbəli rəsmisi bildirib ki, iki B-52 strateji bombardmançı təyyarəsinin noyabrın 10-da Yaxın Şərq səmasında uçuşu İranın regiondakı təhdid planlarına açıq bir mesajdır.

Adının çəkilməsini istəməyən sözügedən məmur noyabrın 12-i “İslam Respublikasının bəzi rəsmiləri və qurumları Yaxın Şərqdə hücumlar həyata keçirməyin vaxtının gəldiyinə inanırlar, lakin təbii ki, İrandan bu cür davranışlar heç kimi təəccübləndirməməlidir”,-deyə, Adının çəkilməsini istəməyən sözügedən məmur noyabrın 12-də bildirib.

Bu rəsmi bildirib ki, Amerika rəsmiləri Tehranın Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etməyi planlaşdırdığına inanır.

O əlavə edib ki, bu addımlar İslam Respublikası hakimiyyətinin region ölkələrinə qarşı adi yanaşmasıdır.

Eyni zamanda, Amerika Müdafiə Nazirliyinin digər rəsmisi “Politiko” qəzetinə bildirib ki, Birləşmiş Ştatlar İraqda İslam Respublikasının hərəkətlərini və təhdidlərini izləyir.

Amerika İraqdakı bir neçə hərbi bazada minlərlə hərbçi yerləşdirib.

Son illərdə İranın proky qrupları İraq və Suriyada Amerika qüvvələrinə və İŞİD-ə qarşı beynəlxalq koalisiyaya onlarla dəfə hücum edib və bu hücumların sonuncusu ötən ilin avqustunda baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button