Dünya

Somali əhalisinin beşdə biri quraqlıqdan əziyyət çəkir

"Aznews tv" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının məlumatları sübut edir

Somalidə hər 5 nəfərdən biri, yəni 3,2 milyon insan quraqlıqdan əziyyət çəkir.

“Aznews tv” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının məlumatları sübut edir.

Məlumata görə, Afrika ölkəsindəki quraqlıq soyuq mövsümdə proqnozlaşdırılandan daha az yağıntı səbəbindən təhlükəli həddə çatıb.

2021-ci ilin əvvəlindən indiyədək Somalidə 4 milyondan artıq insan su və qida çatışmazlığı səbəbindən evlərini tərk edib. Humanitar yardımlar davam etsə də, resurs çatışmazlığı var.

Related Articles

Bir cavab yazın

Back to top button