BölgəİranSiyasət

Pentaqonun sabiq rəhbəri: İran Livanın baş nazirini qətl edib

Ötən ilin dekabr ayında prezident Donald Trampla sözləri üst-üstə düşmədiyi üçün ABŞ-ın Müdafiə naziri vəzifəsini tərk edən Ceyms Mettis dünən İranı 2005-ci ildə Livanın baş naziri Rafiq Haririni öldürməkdə ittiham edib.

Aznews.tv xəbər verir ki, C.Mettis bazar günü CNN-ə verdiyi müsahibədə İranın terrordan yararlanan və Livanın baç nazirini öldürən ölkə adlandırıb.

“Mən əvzfiədə olarkən biz nüvə silahına malik olmayan İranın Ağ Evdən 2 kilometr uzaqlıqda ərəb səfirini öldürmək cəhdinin üstünü açmışdıq. O vaxt biz heç bir tədbir görmədik. Lakin təsəvvür edin ki, həmin şeyi nüvə silahına malik olan ölkə edir. İran terrordan yararlanan və laivanın baş nazirini qətlə yetirən bir ölkədir. Onlar Bəhreyndə nifaq salmaq üçün, bütün bölgədə, o cümlədən Yəməndə problem yaratmaq üçün terrordan istiafə ediblər”, – deyə C.Mettis qeyd edib.

Xatırladaq ki, R.Hariri 20015-ci ilin fevralın 14-də daha 21 nəfərlə birgə Beyrutda baş verən güclü partlayış nəticəsində həyatını itirmişdi. Partlayış baş nazirin kortejinin Müqəddəs Corc mehmnxanasına yaxınlaşdığı zaman baş vermişdi.

Partlayış nəticəsində R.Hariri ilə birgə bir-neçə qoruma və ölkənin iqtisadiyyat naziri Bassel Fleyxan həyatlarını itirmişdi. Haririnin qətli Suriya ordularının Livandan çıxması ilə nəticələnən etirazlara səbəb olmuşdu.

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button