Azərbaycan

Prezident İlham Əliyev: “İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində Amerikanın şirkətlərini də görmək istərdik”

Prezident İlham Əliyev: “İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərində Amerikanın şirkətlərini də görmək istərdik”

“Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən savaşı nəticəsində Azərbaycanın uluslararası səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin torpaq bütövlüyü bərpa olunub, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib”.
AN,T-nin məlumatına görə, bunu Prezident İlham Əliyev Amerika Prezidenti Cozef Baydenə yazdığı təbrik məktubunda qeyd edib.
Dövlət başçısı qeyd edib ki, münaqişənin başa çatması bölgədə yeni jeosiyasi reallıq yaradıb, davamlı sülh, iqtisadi dirçəliş və bölgəsəl əməkdaşlıq üçün əlverişli sahə yaranıb. “Hesab edirəm ki, Amerika yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik”.

Related Articles

Bir cavab yazın

Back to top button