İran

 İran hökuməti “Taliban”ın hücumundan qorxaraq Bəlxdəki konsulluğunu bağlayıb

Əfqanıstanda daxili gərginliyin artması və Bəlx vilayətində Taliban qrupunun hücumlarından narahatlığın artması ilə bir vaxtda, İran Bəlxdəki konsulluğunu bağlayıb.

Bu qərar Taliban “Bəlx vilayətində bir neçə şəhərin taliban tərəfindən ələ keçirməsindən” sonra alınıb və İrandan başqa, Pakistan iklə Türkiyənin də konsulluqları bağlanılıb eləcə də işçiləri Kabula köçürülüb.

Bildirək ki, Taliban bu il mey ayının əvvəllərindən bəri bir neçə böyük cəbhədə hücumlara başlayıb və indilikdə Əfqanıstandakı 421 bölgədən 80-dən çoxunu nəzarətə aldığını iddia edir.

Taliban son günlərdə 50-dən çox şəhərin nəzarətini ələ keçirib və bu toqquşmalar indiyədək Əfqanıstanın şimalında təxminən 5 min ailəni öz evlərindən didərgin salıb.

Related Articles

Bir cavab yazın

Back to top button