Azərbaycan

Prezidentin köməkçisi BMT rəsmisi ilə Ermənistanın ekoloji ziyanını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin direktoru Bruno Pozzi ilə Ermənistanın 30 il davam etmiş hərbi işğalının Azərbaycana vurduğu ekoloji ziyanın nəticələrini müzakirə edib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

“Avropa ofisinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya səfərini müzakirə etdik.

Ermənistanın 30 ildir davam edən hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button