Dünya

Zelenskinin “Nobel”ə namizədliyi irəli sürüldü

Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Bununla bağlı avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.

“Cəsur ukraynalı kişilər, qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır.

Ukraynanın demokratik yolla seçilmiş prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür.

Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”, – avropalı siyasətçilərin Nobel Komitəsinə açıq məktubunda deyilir.

Qeyd edək ki, bütün namizədlərin adları fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş ediblər:

“Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırılır. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir”. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button