İran

Purməhəmmədi̇ Şərqi̇ Azərbaycan sənayesi̇ni̇n əhəmi̇yyəti̇ndən danışıb

Şərqi Azərbaycan ölkənin ən əhəmiyyətli sənaye ustanlarından biridir.

5500-dən çox sənaye, 13 maşın toolidi və bir sıra polad sənayesi vahidi bizim ustanda fəaliyyət göstərir. Maşın yədəklərinin yüzdə 35-i Şərqi Azərbaycanda toolid edilir”. Bu barədə Şərqi Azərbaycanın ustandarı

Məhəmmədrza Purməhəmmədi deyib. O, cümə axşamı günü Sənaye, Mədən və Ticarət vəziri, Şərqi Azərbaycan ustanının İran Məclisindəki bir neçə nümayəndəsi, Təbrizin Ticarət, Sənaye, Mədən və Əkinçilik Otağının üzvləri, habelə bir qrup iqtisadi fəalın iştirakı ilə keçirilən dövlətlə Şərqi Azərbaycanın xüsusi bəxşinin Danışıq Şurasının toplantısında iştirak edib. Toplantıda çıxışı zamanı Purməhəmmədi bildirib: “Ustandar olduğum 25 ayda Şərqi Azərbaycana və Təbrizə müxtəlif nümayəndə heyətləri gəlib. Ancaq bu gün ustana gələn heyət ən yüksək rütbəli heyətlərdəndir. Ustanın iqtisadi fəallarına təşəkkür edirəm ki, təhrim şəraitinə və koronavirusun yayılmasına baxmayaraq, bu müddətdə heç bir toolid vahidi bağlanmayıb. Çətinliklərlə üzləşən 100-dən çox toolid vahidinin fəaliyyəti bərqərar edilib”.

Bildirək ki, bu toplantıda ustanın bir sıra iqtisadi fəalları, Təbrizin Ticarət, Sənaye, Mədən və Əkinçilik Otağının komisyonları toolid və sadirat vahidlərinin çətinliklərindən danışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button