Məqalələr

Türkiyə’nin dış Türklər və Güney Azərbaycan (İran) politikası

Dr: Talas Avşar

Güney Azərbaycan və İran siyasi coğrafiyası, Türklərin ən qalabalıq olaraq yaşadığı coğrafiyadır və nadir coğrafiyalardandır ki orada yaşayan insanlar İran dövlətinin bütün çaba və basqılarına baxmayaraq özlərini Türk olaraq tanımlayır və adlandırılar. Türkiyə’nin həmən yanı başında və bitişik bir coğrafiyada 30 milyona yaxın bir nüfus çoxluğuna sahibdirlər. Buna rəğmən Türkiyə’nin ən az diqqətini çekən, göz ardı edilmiş və önəmsənmiyən hatta Türk toplumunda bir çox insanın yaxın illərə qədər varlığından belə xəbərsiz oladuqları bir qonumdaydırlar. Yazıda Türkiyə’nin genəldə Türk dünyasıyla ilgili etkisiz tumumunu göz önündə bulunduraraq, İran və Güney Azərbaycanla ilgli davranış tərzinin hansı nədənlərdən qaynaqlandığı incələnəcəkdir.

Qacar Türk hakimiyəti çöküş sürəcində ortaya çıxan modern İran-Fars miliyətçilik axımı arxaizmə dayalı bir zehniyətə sahibdir və öz kimlik inşası sürəcini ilginç bir şəkildə iki ötəki kimliyə qarşı yoğunlaşdırarak tərifləməkdədir. İran-Fars milliyətçiliyi bu ötəki unsurlar üzərindən var olmaya yeltənmiş və onları özünə təhdid və təhlükə qonumuna oturtmuşdur.

Birincisi Yaşıl Təhlükə yəni Ərəb Təhlükəsı; Ərəb-islam ordusu qısa bir zaman dilimi içərisində Sasani İmapratorunu tarix səhnəsindən silərək, İran İslam dövlətinin bir əyaləti halinə gəlmişdir. Ayrıca İranlıları müsəlmanlaşdıraraq geri dönüşü olmayan bir sürəcə daxil etmişdir.

عرب هر چه باشد مرا دشمن است

کج اندیش و بدخوی و اهریمن است

چو بخت عرب بر عجم چیره گشت

همه روز ایرانیان تیره گشت

İkinci təhlükə isə Sari Təhlükə yəni Türk təhlükəsi, Türklərin İslamiyyəti qəbuluyla İran Siyasi coğrafiyasının giriş qapıları Türklərə aralanmış oldu və yaxlaşıq min il (975-1925) bu coğrafiyaya hüküm sürmələrini sağladı.

که آن ترک بد ریشه و ریمن است

که هم بد نژاد است و هم بد تن است

بُود ترک،”بد طینت” و ” دیو زاد”

که نام پدرشان ندارند یاد

qonunun ilginc yanı Fars kültürü və dili üzəründə modern İran milli dövlətini teorizə edənlərin böyük bir çoxunluğunun Türk kökənli olmasıdır. Kəsrəvi, Təqizadə, Axundov, Təqi Ərani, Məhmud Əfşar və Günümüzdə İranşəhr teorisiyəni Cavad Təbatabai Təbrizi və yandaşları öz kimliklərinə qarşı açıq və ağır bir mucadıləyə girişmişlərdir. Türk kimliğinin barışmaz duşmanları, Türkləri, Türk dil və kimliğinin təhqir və inkarının baniləri halinə gəlmişlərdir. Təbrizli Təqi Ərani Osmanlı ‘PanTürk’lərə xitab edərək;

“Azərbaycan əskidən bəri Arian soyunun məskəni olmuş və İran mədəniyətinin beşiyi sayılmaqdadır. Doğu bərbərləri (vəhşi Türk) və moğolların istilasıyla Azərbaycan’ın böyük bir bölümü öz dillərini unudub və Türkcə danışmağa başlamışlardır. İran’ın bir sıra bölgələrində yaşayanların Türk dilli olması, bəzilərinin yanlış anlaşılmasına nədən olmuş və Azərbaycan’lıların Türk və onların soyundan olduqlarını düşünürler. Onlar bilməlidirlər hər bir Azərbaycan’lı Türk olmağı özünə ar və utanc hesab edir”.

İran siyasi coğrafiyasında bu dəyişikliklər baş verərkən Osman’lı imparatorluğu izmihlalə doğru sürüklənməkdədir. Modern Türkiyə, Türk ulus dövlət anlayışı üzərində böyük bir mucadilə və keşməkeşdən sonra özünü təsbit etmişdir. Osmanlı’dan modern Türkiyə’yə geçiş sürəcündə Türkçülük (Turançılıq) ilə İslamçılıq (İtihade İslam) arasında gedib gələn düşüncəyə dayali bir dövlət yapısı oluşturulmaya çalışılmışdır.

Gənc Türklərin və Ənvər Paşa’nın (İtihad və Tərəqqi) Turan və İslam birliği iddiyalarının Türkiyə’ni birinci dünya savaşına itməsi xüsranla sonuçlanmışdır. Bu savaş Osman’lı impraturluğunun çoküşünə, parçalanma və işgalına nədən olmuşdur. İstiqlal savaşı öndəri və modern Türkiyə’nin banisi Mustafa Kəmal Atatürk, milliyətçilik(Türkçülük), modernizm, Batı yönlü və laiklik təməlləri üzərinə bir ulus dövlət inşa etmiş, qurulan yeni Cumhuriyət’in milliyətçiliğin sadəcə Anadolu Türklərinə yönəlik olcağını açıqlamışdı.

“Nə İslam Birliyi nə də Türk Birliyi bizim üçün bir doktrin vəya məntiqli bir politika məydana gətirəbilir. Bundan sonra yeni Türkiyə’nin, hükümət politikası öz milli sınırları içərisində Türkiyə’nin öz egəmənliyinə dayanma və bağımsız yaşamadan meydana gəlməkdədir”.

1931.ci ildə Mustafa Kemal Atatürkün bir seçim bəyaniyəsində dilə gətirdiyi qısa bir cümlə Türkiyə iç və dış siyasətinə uzun illər yön vermişdir və özəlliklə dış siyasətinin təməl dayanağı halinə gəlmiş, anayasada bələ öz əksini tapmişdır:

“Yurdda sulh, cahanda sulh”.

Nədəni də, ölkəni “yeni macəralara sürükləyəbiləcək davranışlardan” qaçınma olarak açıqlanmışdır.

Bu ilkə uzun illər Türkiyə’nın dünya və bölgədə nufuz açısından ilişgilərində pasif bir tavır və rol oynamasına nədən olmuşdur.

Çoxları Atatürkün məşhur “Türkiyə Türklərindir” ifadəsini dış Türklər üçün kullandığını düşünməkdədir, halbu ki bu cümlə dış Türklərə yönəlik deyildir, soy kökdən arınmış Türkiyə ərazisində yaşıyanlara yönəlik və yurddaşlıq ilkəsinə işarət etməkdədir. Atatürk’ə görə, “ Türkiyə Cumhuriyətini quran Türkiyə xalqına Türk Milləti denir. Nə mutlu Türküm deyənə”.

(Türkiye’ye ilk girişim payızın soyuq bir gününe rast gelmişdir. Bazırgan geçiş qapılarında heç bir avadanlıq yoxuydu. Soyuq simintin üzerinde iki Tebrizli genc alverçiyle oturub danışırdıq. Gişe yetkili polisin gelişini gözkeyirdik. Adam geldi, başın gişeden uzadi ve ” Türkler quyruga girsin” dedi. Yanımdıkılara durun sıra uzanadan gedelim dedim. Genclerin biri ” otur bizmle deyil Kürdleri deyir” Dedi.

Adamı dinlemeden sıraya girdim. Sıra bene çatdı. Pasportu delikden içeri uzaddım. Yetkili polis bir an deliye döndü. Elini gişeden uzadı yexemi tutdu ve özüne sarı çekdi. ” İranlı dedim Türkler sıraya”. Pasportu üzerime fırladi. “Men Türkem” dedim. Öfkeyle baxdi ve get bekle dedi. Alverçi dostlarim pasportların möhürlediler ve mene el allıyaraq uzaqlaşdılar. Men ise 24 saat Türklüyümün cezasın çekdim).

Əlbəttə Atatürk’ün bu siyasəti Türkiyə dışındakı Türklərlə əlaqlərin büsbütün kəsilmbirsi anlamına gəlmirdi.

“Əlbət bir millətin bir ülküsü olacaqdır. Ama bu ülkülər, dövlətlər tarafından açıklanmaz; millət tərəfındən yaşanır”. Deyirdi Atatürk. Aynı zamanda, bir gün sovyetlər birliğinin dağılacağını ön görərək Türkiyə’nin o günə Hazır olmasını vurğuyla söyləmişdir.

“Bugün Sovyətlər Birliyi, dostumuzdur; qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır. Fəqət yarın nə olacağını kimsə bu gündən kəstirəməz. Eynən Osmanlı gibi, Avusturya-Macaristan kimi parçalanabilir. Bugün əlində sımsıxı tutduğu millətlər avuçlarından qaçabilirlər. Dünya yeni bir dəngəyə ulaşabilir. İştə o zaman Türkiyə nə yapacağını bilməlidir… Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir özü bir qardaşlarımız vardır. Onlara sahib çıxmaya hazır olmalıyız. Hazır olmak yalnız o günü susup bəkləmək değildir. Hazırlanmak lazımdır. Millətlər buna nasıl hazırlanır. Mənəvi köprüləri sağlam tutaraq. Dil bir köprüdür… İnanç bir köprüdür… Tarix bir köprüdür… Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların (Dış Türklərin) bizə yaxlaşmasını bəkləməməliyiz. Bizim onlara yaxlaşmamız gərəkli…”.

Ancaq Atatürk’ün ölümündən sonra İnönü dönəmində dövlətin quruluş fəlsəfəsi olan Türkçülük və Türk Milliyətçiliyinə və Atatürk’ə qarşı bir kampanya başladılmışdır. Dış Türklərlə ilgilənmək bir yana qalsin, milliyətçilik və Türkçülük Türkiyə’də adəta bir tabu və suç halinə gəlmişdir. 3 Mayıs 1944də Türkiyə gənəlində Bütün adlım Türkçülər tutuqlanmış və ırqçı, Turancı suçlamasıyla yarğılanmışlardı.

“Turancılar, Türk Milləti’ni bütün qonşularıyla onarılmaz bir surətdə düşmən yapmaq üçün birə bir tılsım bulmuşlardır. Bu qədər şuursuz və vicdansız fəsatçıların təzvirlərinə, Türk Millətini təslim ətməmək üçün əlbəttə cumhuriyətin bütün tədbirlərini qullanacayız. Turancılık fikri, yenə son zamanların zararlı və xəstəlikli göstərisidir. Bu baxımdan Cumhuriyət’i iyi anlamak lâzımdır…” deyirdi İsmət İnönü.

Türkiyə’ni Türk dünyasından uzaqlaşdıran digər önəmli qonu isə geniş Türk coğrafiyasının bütününün digər ölkələrin istilası altında olmsından qaynaqlanmaqdaydı. Birə bir ilişki qurulacaq heç bir Türk ölkəsinin olmayışıydı. Quzey Azərbaycan, Güney Azərbaycan, Qırım Yurdu ,Batı Türkistan, Doğu Türkistan və Türkiyə’nın dışında qalan Osmanlı impraturluğu Türk təbəəsidə daxil hamisi digər ökələrin bir parçasını oluşdurmaqdaydılar. digər dövlətlərin əgəmənliyinə və topraq bütünlüyünə sayğı göstərmək Türk dış politikasının təməl hədəfi olaraq bəlirlənmışdir. Modern Türk tarixində bir istisna olaraq 20 Təmuz 1974də Türk Silahlı Quvələri Yunanıstan’ın Qıbrıs’da çevriliş yapması üzərinə, Qıbrıs Barış Harekatını başlatmış və Qıbrıs’ın quzey bölgəsində yaşayan Türkləri qoruma altına almışdır. Türkiyə Qıbrıs’ın garantör ölkəsi olaraq olaylara mudaxilə haqını qullanmış və bu sürəc ikinci bağımsız Türk Cumhuriyəti (Quzey Qıbrıs Türk Cumhuriyəti)nin yaranmasıyla sonuçlanmışdır.

İkinci Dünya Savaşından sonra ortaya çıxan Soyuq Savaş atmosferi, Türkiyə’nin Dış Türklər qonusundaki politikasını önəmli ölçüdə dəyiştirməsinə yol açmıştır. Yuxarıda söylənənlərə paralel olaraq, Dış Türklər qonusuna ideolojik bir baxış açısının da egəmən olmaya başladığı görülməktədir. Türk coğrafiyasının böyük bir çoxunluğu sosyalist ideolojinin istila və quşatması altına girmiş və Türkiyə komunizmlə mucadilənin ön səflərində yer almaış, hadrasa Dış Türklərlə qarşı qarşıya gelmiş durumdaydı. Bunun en somut örnəyi Güney Azerbaycan’da baş vermışdir.

Türküyə, Güney Azərbaycanla ilgli 20.ci əsrdə iki acı təcrubə edinmişdir. İran yaxın tarixində Güney Azərbaycanlılar iki kərə mərkəzi hakimiyət, yani İran-Fars yönətimiylə qarşı qarşıya gəlmişlərdir və Azərbaycan’ı İran siyasi coğrafiyasından qısa bir sürə izole etməyi başarmışlardır. Birincisi yerəl bazda Şeyx Muhamməd Xiyabani(1920) lidərliyində Azadistan Dövləti, ikincisi Milli Sol təmayüllü Seyed Cəfər Pişəvəri (1945) öndərliyində Azərbaycan Milli Hüküməti. Qonunun ilginc yanı bu iki tarixi fürsətin təhdidə dönüşməsidir. Ayaqlanmaların hər ikisi də Türk və Türkiyə’yə qarşı bir tutum içərisındədir. Şeyx Muhamməd Xiyabani o dönəm Azərbaycan ve Təbrizdə mövzellənmiş Türk ordusuna qarşı çıxmaqdadır və buna görə Urmiyə və Qars şəhərlərində arxadaşlarıyla birlikdə bir sürə göz altında tutulmaqdadır. O dönem Türk ordusunun yardımıyla Quzey Azerbaycan’da Məmməd Əmin Resulzadə lideriyində milli ruh ve Türkçülük təməlində müstəqil Azərban Xalq Cumhuriyəti yaranmışdır. İkinci dünya savaşında Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hükumətinə Türkiyə quşquyla yanaşmaqda və olumsuz bir tavır sərgiləməkdədir. Azərbaycan milli Hükuməti’nin lideri Pişəvəri və Türkiyə adəta soyuq savaşın startını vermişlərdir. Türkiyə, Milli Hükumətə qarşı geniş mənfi təbliğat aparmaqdadır və pişevəri çox ağır dillə Türkiyə’ni eleşdirməkdədir. Türklər bizim qədim düşmənimizdir deyən Pişəvəri sanki əski bir savaşa, Çaldıran Savaşına vurğu yapmaqdadır.

Çaldıran savaşı Türkiyə və Güney Azərbaycanın məzhəbsəl qopuş nöqtəsidir. Bu olay və arxasından gələn tarxi sürəc Azərbaycanlıları Türkiyəyə məsafə qoymaya itmiş və İran’ın əlində Türkiyə’yə qarşı hər zaman geniş şəkildə qullanacağı bir koz olmuşdır. Örneyin, Son illərdə Çaldıran savaşı və 27 min şəhidini anma törəni geçirilməkdə və bu törənlərdə Osmanlı və Türkiyə əleyhinə olmusuz bir zehniyət yadılmaya çalışılmaqdadır. Farslara göre Çaldıran yenilgisi bir qələbədir, çünkü İran millətinin oluşumuna ve şiəliyin mill mezhəb halinə gəlməsində müstəsna rol oynamışdır. Türkiyə’də isə bu zehniyyət ilə yaşıyan Türklərin bir çoxu Azerbaycanla ilgli qonuya hələ məzb perespektivindən yəni Şii və sünni açısından baxmaqdadır.

Sovyetlər birliyi parçalanmaq üzərə ikən, Qarabağ savaşı başlamış, Azərbaycan savaş cəbhələrində yenilgiyə ugrayaraq, Tarixinin ən zor və acı günlərini geçirməkdədir. Gözlər Türkİyə’yə çevrilmiş durumda. ABD’də bulunan dönəmin Cumhurbaşqanı Turgut Özal qazetəçilərin qarşısına geçərək “Onlar Şii, biz Sünni’yiz onlar İrana daha yaxın, İran ilgilənsin” deyir. Yəni Azərbaycan’ı zorla İran’ın qucağına itməyə çalışır.

Modern İran tarixini iki Pəhləvi və bir İslam Cumhuriyəti dönəminə bölərsək, birinci Pəhləvi dönəmi İran’la Türkiy’nin ən sıcaq ilişkilər dönəmidir. Rıza Pəhləvi’nin 1934də Türkiyə’yə yaxlaşıq bir aylıq səfəri bu ilişkinin doruq nöqtəsidir. Komunizmə qarşı Sədabad anlaşması və sərhəd sorunlarının çözümə qavuşması bu dostluğun digər cilvələridir. Bu dönəmdə Rızaxan Türkiyə’nin reformları və gəlişməsinə heyranlıq duymaqdadır: “Mən Türklərin bu qadər gəlişdiyini və Avrupa mədəniyətini mənimsəməkdə irəlilədiklərini düşünmürdüm. Biz çox geridə qalmışıq”.

Bir tərəfdən Atatürk’ün yapdiqlarını yamsılamaqda, digər tərfdən İran içərisində Türklərə divan tutmaqdadır İran şahı. Türk milləti İran siyasi coğrafiyasında təhdid, təhqir və inkarla qarşı qarşıyadırlar və Türklərin ən ağır basqı gördüğü bir dönəmdır bu dönəm. Türk kimliyi inkar edılməkdə va ağır bir asimilasıyona tabi tutulmaqdadır. Bunların hamısı Türkiyəinin gözünün önündə və səssizliyiylə cərəyan etməkdədir. Buna rəğmən İran Tükiyə’yə qarşi bir güvənsizlık içərisində və Türkiyə’nın Azərbaycan əyalətlərınə qarşı xoş niyətli olmadığı əndişəsini daşıyır. İran’ın Türkİyə’də elçiliyini yapmış və bir dönəm baş vəzir olmuş Muhəmməd əli Furuği Türkiyə’nın Azərbaycan’a qarşi ‘ard’ niyətini; -“Onların İran və ən azından Azərbaycan topraqlarına göz tikmədiklərindən əmin deyiləm” düşüncəsi ilə- önləmək üçün Türkiyə-Güney Azərbaycan sərhədlərində Kürdlərdən ətdən divar hörməyi önərir. Yanİ Kürdləri Azərbacanla Türkİyə sınırlarına yerləşdirərək ortadaki bağı kəsmək surətiylə bu məsələni çözümə qavuşdurmaq peşindədir. Bu siyasət o gündən günümüzə qədər sinsicə yeridilməkdədir və böyük ölçüdə başarıya ulaşdığını söyləmək mümkündür.

İkinci Pəhləvi dövündə Türkiyə’yə qarşı bu güvənsizlik dəvam ətməkdədir və Türkiyə, İran’ın əmniyəti və bütünlüyünə komunizm təhdidiylə yanaşı bir təhdid ünsürü həsab edilməkdədir. Azərbaycanlıların hər türlü kültürəl, dilsəl əyləmi ikili Pantürkizm və Komunizm damğası yeməkdədir. İkinci Pəhləvi dönəmi, bu günlər Ərdoğan’ın Araz şeiri ilə patlaq verən krizin bənzərinə şahid olmuşdur. Türkiyə’nın İran’a yeni atanmış elçisi Bazərgan qapısından geçdikdən sonra “Kəndimi, öz vətənimdə hiss edirəm” deməsı, İran’da böyük bir qalmaqala nədən olumuşdur. Muhəmməd Rıza Pəhləvi “öz vətənim” sözünü Azərbaycan əyalətinə göndərmə olaraq nitələndirmiş, İran səfirini Türkiyə’dən geri çagırmış və Türkiyə əleyhinə propaganda başladılmışdır. Muhamməd Rıza Pəhləvinin Türkiyə’nin ‘Pantürkist’ siyasəti və təbliğindən sinirli olduğunu və Türkiyə’nin böhranlarda güvənilir bir ölkə olmadığı qənaətində olduğunu yazirdi İran’in o dönəmki qazetələri. Halbuki yuxarıda qeyd edildiyi kimi Türkİyə’nin dış Türklərə, iran və Azərbaycana (Güney, Quzey) politıkası o illərdə vurguladığımız nədənlərdən dolayı edilgən bir tavır içərisindədir.

İran’a və Güney Azərbaycan’a belə əsnək ve uyum içində olan Türkiyə bir əsrə yaxındır İran’ın kabusu olmuş durumda və İran, Türkiyən’i hər zaman əmniyəti və bütövlüyünə təhdid olaraq alqılamış və tarixin dərinliklərindən gələn bir Türk və ‘pantürkizm’ fobıyası gəliştirmiş vəya tərsinə məqsədli olaraq Türk və Türkiyə’yə qarşı sürekli ürkütmə, sindirmə amaclı bir uygulamayla Güney Azərbaycan’da oluşabiləcək hər hansı bir milli hərəkəti basdırmaq üçün məharətlə bu kozu qullanmaya çalışmaqda ve ya her ikisi.

İran İslam Cmhuriyəti dönəmində Türiyə-İran ilişkiləri daha böyük sorunlarla üzləşməkdədir. Türkiyə’nin laik yapısı və İran’ın İslam Devrimi İxrac projesi problemin qaynağıdır. İran’ın PKK və digər teror örguütlərini dəstəkləməsi, pantürkizm və təcziyə tələbi (bölücülük) isə bu böhranli ilişkinin sabit əyaqlarıdır.

Güneydoğuda kürd sorunu hər zaman Türkiyə’nin önündə bir əngəl kimi ortaya çıxmışdır. Böyük güclərin özəlliklə Rusiya, Türkiyə’də etnik grupları qışqırtmaq siyasətini güdmüşdür və etnik zəmində çatışmaları hər zaman körükləmişdir. İran da məharətlə gərəkdiyi zaman Kürdləri bölgədə öz siyasətinin aləti ətmiş və kullanmışdır.

İran bir tərəfdən öz siyasi coğrafiyası içində yaşıyan Kürdləri şiddətlə basdırmaqda, digər tərəfdən İran dışındakı Kürdlərə əqrəbalıq məsaji göndərməkdədir. “Kürdlər ən əsil Ariya Soyundan gələn bir millətdir. Harda Kürd varsa orası İran’dır” və bənzər şuarlarla Kürdləri qullanmayı planlamışdır.

İran Türkİyə’yə qarşı Rıza Pəhləvi dönəmindən bəri Kürd kartın qullanmış və Kürd isyanlarını açıq vəya gizli şəkildə dəstəkləmişdir, bələ ki 1927də Türk ordusu baş vərmiş isyanı basdırmaq üçün Güney Azərbaycan Topraqlarına girmiş və İran’ın, isyançı Kürd liderləri Tehran’a götürdüyü bəlli olmuşdu. Səədabad anlaşmasının (1937) yeddinci bəndi, anlaşmaya imza atan dövlətləri silahlı çətələr, birliklər vəya örgütlərin qurulmasını və eyləmə geçmələrini əngəlləməklə yükümləndirsə də İran bir çox zaman buna sadiq qalmamışdır.

İran İslam cumhuriyeti dönəmində, İran Devrim Muhafiz gücləri, PKK Kürd teror örgütü və digər silahlı örgütlərə Açıq bir şəkildə lojistik dəstək vermişdir, Özəlliklə İran Devrim muhafizlərinə bağlı və bu ordunun dış qolu olaraq bilinən Quds gücü bu qonuda böyük rol oynamışdır və oynamaqdadır. İran’ın bu mudaxilələrinə qarşı ilk kəz Türkİyə’nın dönəm başbaxanı və Qıbrıs barış hərəkatının memarı Bülənt Ecəvit, İran’da Türk varlığına bir göndərmə yaparaq öz təpkisini dilə gətirmişdir:

‘‘İran nüfusunun ən az yarısı Türk kökənlidir. Azəri ya da başqa Türk soylarından gəlmişdir. Ama biz bunları hiç İran rəjiminə qarşı qullanmadıq. Ancaq İran, sınırını PKK’ya qullandırır, dəstək verirr. Bən onlara səslənirəm, Türkiyə’nin yaxasını bıraxın. Türkiyə bugün dünyanın ən güçlü ölkələri arasındadır. Nüfusu, ekonomisi və ordusu güclüdür. Kimsə bu dövləti bölmə imkanı bulamıyacaq. Bölücülərə yataqlıqla kimsə birşəy qazanamaz’’.

2020.ci ildə bu dəfə Türkiyə’nin İçişləri baxanı Süleyman Soylu Ağrı-İran sınırını ziyarətində İran’ın PKK teror örgütü üyələrini Güney Azərbaycan’ın Makı şəhri civarında qonuşlandırdığını irəli sürərək, İran’i sərt bir dillə uyarmışdı: “Biz Makü Dambat’a girsək, orada bir terörist bıraxmayız, bu kadar basit”.

Türkiyə, sərhədləri ilə ilgli əndişələrini göz önündə bulunduraraq bölgədə hər hansı bir parçalanmaya və sərhədlərin dəyişməsınə şiddətlə qarşı çixmaqdadir. Türkiyə, bölgədə bir ölkədə parçalanma zəncirvari digər parçalanmaları da bərabərində gətirəcək anlayışına dayanaraq hərəkət etməkdədir. Bunun bariz örnəyi Quzəy Iraq və Suriyə’də baş verən olaylarda bu ölkələrin bütünlüğünü ciddi şəkildə savunmasıdır. Türkiyənin İran və Güney Azərbaycan məsələsinə bu pəncərədən baxdığını, nədən Güney Azərbaycana belə edilgən bir tutum içərisində olduğunu dair digər bir dəlil olaraq hesblamaq mümkündür.

(Türkiyə’də olduğumuz dönəmdə dostların çabasıyla Güney Azərbaycan adlı bir dərgi çıxarırdıq. Güney Azəraycana diqqətləri çekmək, tanıtmaq üçün bu dərgini bəzi qurumlara götürürdük. Bir kərəsində dərginin bir iki sayısını tanınmış və sonralar Ərgənekon davasında tutuqlanan bir yetkiliyə götürmüşdüm. Dərginin qapağına baxdı və barmağıyla biraz uzağa itib: “sizi və PKK’lılar Bölgədə ABD’nin ön əyaqlarısınız, yarın ABD buralardan dəfolub gedəcək və bizə qonşumuz İran qalacaq” dədi).

Türkiyə hər zaman iran’ın bütünlüyünü savunmuş və bəzi çevrələr bunu izah ətmək üçün İran’ın hər yərində Türklərin yaşadığını vurgulayaraq ” İran’ın hepisi bizimdir” sloganını gəliştirmişlərdir. Hansı ki bu gün Güney Azərbayan Milli Hərəkəti içindən “İran Türkləri” adı altında bir çiban kimi ortaya çıxmış, Azərbaycan Milli Hərəkəti və Azərbaycanı (Güney-Quzəy) təxribə dayalı bir çizgi içərisindədir.

1990’lı illərin başında Sovyetlər Birliyi’nin dağılmasıyla ortaya çıxan yeni sürəcin ardından, bir çox ölkə, bu coğrafyada bağımsızlığını qazanan ölkələrə yönəlik politikalarını gözdən gəçirmiş və yeni politikalar ortaya qoymuşlardır. Ortaya çıxan bu yeni tabloda Türkiyə və bağımsızlığını qazanan Türk cumhuriyrtləri hazırlıqsız yaxalanmışlardır. 70 il boyunca sovyetlərin Türkistan və Azərbaycan’ı Türklükdən soyutlam politikası başarıyla uyqulanmışdır və bağımsızlık dönəminə gəldiyində bu ölkələrdə yaşayan nüfusun böyük çoxunluğu özlərini Türk olaraq tanımlamamaqda, Azəri, Özbək. Qazaq, Qırqız vs… kimlikləri mənımsəmişlərdir. Təbiətiylə bir əsrə yaxın bilincli olaraq aparılan bu uzaqlaşDırma siyasəti nəticəsində kimlik bağları ve kültürəl köprülər zədələnmiş və bir qopuqluq yaşanmışdır. (İran, Güney Azərbaycan’da da eyni siyasəti yeritsə də Sovyetlərə görə daha az başarı əldə edəbilmiştır). Komunizm idari sistemində yetişmiş kadro Türkiyə’yə qarşı mənfi bir zehniyət içərisində və digər yandan Türkiyə Orta Asiya’ya yayımcı politikasi əndışəsi oyandırmasın diyə ehtiyatla hərəkət etməkdədir???. Bütün bu kimi əngəllərə baxmıyaraq Türkiyə, Türk Cumhuriyətləri, Türk və əqrəba Topluluqlarına yönəlik yeni politikalar bəlirləmiş və bu doğrultuda doyurucu olmasa da yeni işbirliği girişimlərini başlatmışdır. Bu girişimlərin ana hədəfi, Türkiyə’nin Türk Dünyası ilə olan ilişkilərini yenidən canlandırmaq və ilişkiləri, sürəklilik sağlayacak bir zəminə oturtmaqdır. Yurd dışı Türklər və əqrəba Topluluqları Başqanlığı, özəlliklə eyitim alanında büyük bir porojəyə imza atmış və bu ölkələrdən öyrənci gətrirməyə başlamış, Türküyə unüvərsitələrində eyitmişdir. Bu projə çərçivəsində Güney Azərbaycana(İran) da kontenjan ayrılmış və qısıtlı sayıda öyrənci Türkiyə’də eyitim almaya başlamış, bu sayədə Güney Azərbaycan’ı Türkiyə’də tanıtmaq üçün bir fürsət yaranmışdır. Türkiyə’nin Türk dünyasıyla ilgli digər önəmli etkinliyi Türk ölkələrini qapsamlı işbirliyinə təşviq etmək və bu ölkələri bir birinə yaxınlaşdırmaq amacıyla qurulan Türk Şurası, konseyi vəya Türk Kənəşi olmuşdur. Türk konseyi qurulduğu gündən bir çox alanda Türk dünyasında işbirliyini gəliştirmişdir. İran, Türkiyeden sonra Türklerin en çox barındığı ölke olaraq bu nüfus yoğunluğuna rəğmən bu etkinliyin dışında qalmışdır. Örneğin Macarisan “Doğu Açılımı” olaraq adlandırdığı bir proje qapsamında bu konseyle geniş bir işbirliyi içerisine girmiş ve bir gözlemci ölke sifetiyle konseyin etkinliklerine qatılmaqda ve Budapest’e Türk şurasının ofisi açılmıştır.

Türk dünyasıylə ilişkilərin gəlişdirilməsinin böyük bir bölümü AK Parti iqtidar dönəminə dənk gəlmişdir. Türkiyə’də siyasi islam hərəkəti, Milli Görüş lideri və eyni zamanda cumhurbaşqanı Ərdoğan’ın xocası Nəcməddin Ərbəkanla başlamışdır. Ərbəkan İran’a ən yaxın siyasətçiydı. O İran’ı ‘öz evi’ hesab edir, İranlıları inanc qardaşları olaraq dəyərləndirirdi. “Türkiyə’də muxalifətdəyiz, İran’da İqtdardayız” sözü İran’la nə qədər derin ilişkilər içində olduğunun göstərgəsidir.

Ərbəkandan sonra siyasi İslam görüşünün bayraqdarı AK Parti və başqanı Ərdoğandır. Ərdoğan və AK Partinin Türkiyə’də hakimiyətə gəlməsindən ən çox xoşnud olan ölkə İran. İslamçı bir zehniyyət, çagdaşlıq, laiklik ilkələrinə qarşı eyni zamanda batı və İsrailə qafa tutan bir liderin varlığı bölgədə iran’ın siyasətləri ilə ortuşməkdəydi. İran’ın tam istədiyi, arzu etdiyi və bəyəndiyi bir figur. Ərdoğan Ərbəkandan biraz fərqli olaraq İran’ı özünə ‘ikinci ev’ olaraq nitələmişdir.

İran devrimindən, özəllıklə İran-Iraq savaşi bitdikdən sonra iç və dış dinamiklərin birlikdə etkisiylə Güney Azərbaycand milli zəmində bir hərəkətlənmə söz qonusudur. Quzey Azərbaycan’ın bağımsızlığı, Qarabağ savaşı ve İran-Fars-Şii üçlüsünün böhrana girməsiylə Güney Azərbaycan milli yöndə bır devinimə tanıq olmuşdur. İran univərsitələrində başlayan bu hərəkət Güney Azəbaycan Milli Hərəkəti adını almış, Hərəkət Türk kimliği üzərində qurulu və bağımsızlığa meylli bir axım olaraq ortaya çıxmış, özünü təsbit etmiş və yavaş yavaş toplumun digər qatmanlarına yayılmaya başlamışdır.

Bu hərəkətin ən çarpıci və gözə gələn yönü aşırı Türk mərkəzli bir söyləmə sahib olaraq önə çıxmasıdır: “Haray haray mən Türkəm”.

Azərbaycan Milli Hərəkətində Türkiyə’yə qarşı ilginin Quzəy Azərbaycan’a olan ilgidən daha isti oldugunu his etmək və söyləmək mümkündür. Bunun da nədənləri, Azərbaycan’ın yeni Rus sömürğeçiliğinin yıxıntısı altından qalxması, Qarabag məğlubiyəti, totliter yönətim yapısı, sosyal ve ekonomik koşullarıdan qaynaqlı bunalım sayılabilər. Tərsinə modern, çagdş, güclü,Türklüğün bəşiği və qoruyucusu sifətini üstlənməsi Türkİyə’nin bir çekim mərkəzi halinə gəlməsinə nədən olmuşdur. Modərn Türkcə, Türk yaşam tərzi, özəlliklə son illərdə Türk televizyon və dizileri, insanların geniş şəkildə Türkiyəyə səfərləri, Güney Azərbaycan’da Türkİyə’yə olumlu bir havanın əsməsınə nədən olmuşdur. Bu sadəcə İran və Güney Azərbaycanı deyil bölgədəki bir çox ölkə və toplumu etkiləmış durumdadır. Güney Azərbaycan’da Türkİyə’yə bu sevgiyə bir küçük örnək olaraq dönəmin Cumhurbaşqanı Abdullah Gül’ün Təbriz ziyarətındə yaranan mənzərəni göstərmək olar.

Türküyə cumhurbaşqanı Abdullah Gül İran səfərində İsfahan və Təbriz şəhərlərinə getmişdir. İsfahan’da tam dövlət protokoluyla qarşılanan Gül’ə, Təbriz’də həç bir rəsmi qarşılama törəni hazırlanmamışdır. Ancaq Təbriz xiyabanlarinda islamçı Gül’ü bozqurd işarətləriylə qarşılıyan Azərbaycanlılar “Türkiyə Türkiyə” “yaşasın Türkiyə” sloganlarıyla Gül’ü şaşırtmışlardı. Gül bir neçə dəfə arabadan enib əl salıyaraq təzahurata qarşılıq vermişdi. Cəmiyyətin gözlənilməz qarşılaması nədəniylə Gül’ün Təbriz’in üstü örtülü bazarına getməsi mümkün olmamışdı. Abdullah Gül, “Təbriz gözəl şəhərdir və mənim arzularımdan biri Təbrizi görmək idi” deyərək sıcaq qarşılanmasına qarşılıq vermişdi. Olayın ən önəmli yanı Türkiyə Cumhuriyrtinin başında duranlarin Güney Azərbaycan’ın nəcə qabuq dəyiştirdiyini gözləri ilə görmüş olmalarıydı. Gül’ün Təbriz’də coşquyla qarşılanması Türkiyə qazətələrındə öz əksini tapmışdir. Təbriz valisi Əlirıza Beygi, Azərbaycanlıların Gül’ü coşguyla qarşılamasının Türkiyə’nin islami tutumu və bu ölkənin islamçılığa dönüşündən qaynaqlandığına və ‘təcziyə tələb’lərin (bölücülərin) bu qonudaki iddaalarının(Azərbaycanlıların Türkiyə vsəvgisi) əsassız olduğununa vurgu yapmışdır.

Suriyə’nin iç savaşıyla ilgili Türkiye-Rusiye-İran üçlü zirvəsinin Təbriz’də geçirilməsi pılanlanmış və Təbrizdə hazırılıqlar bitmış durumdadır. Azərbaycanlı Milli faalar isə Ərdoğan’ı qarşılamaq üçün genış propaganda başlatmışlardır. İclasa bir nəçə gün qalmış, İran dövləti görüşün yerini Təbriz’dən Təhran’a qaydırmışdır, səbəbini isə zirvə lidərlərinin Ali Dini Lidər Xamnəyi ilə görüşməsi olaraq açıqlamışlardır. Amma bir çoxuna görə İran, Abdullah Gül’ün təcrübəsinin yenidən tekrarlanmasını əngəlləmək üçün son anda belə dəyişikliyə gedilmişdir. Bu bağlamda “Güney Azərbaycan’ın Türkiyə səvgisi qorxutdu, zirvə Təbrizdən Tehrana daşındı” deyə Türk qazetəsi başlıq atmışdı.

Ərdoğan özəlliklə son 10 ilde gələnəksəl Türk dış siyasət çizgisinden fərqli radikal bir çizgi təqib etmiş və daha atılqan politika izləmişdir. İlk başlarda “qonşularla sıfır sorun” ilkəsi və sorunları “yumuşaq güc” üzərindən çözməyə çalışan Türk dış politikası yön dəyiştirmişdir.Türkiyə’nin əski Başbakanı Ahmət Davutoğlu’nun dış politikaya ilişkin Stratejik dərinlik kitabında, Türkiyə’nin Osmanlı İmparatorluğu’nun dini, kültürəl və politik mirasını sahiplənməsi gerəktiyini savunan düşüncəsi Türkiyə’nin dış siyasətinin yolbəyi olmuşdur. Türkiyə’nin əski Osmanlı coğrafyasında yenidən nüfuz sahibi olması Yəni Osmanlıçılıq olaraq nitələndirilmiş və Türkiyə’nin yayılmacı politika izədiği hissi oyandırmışdır. Yəni dış politikada qonumuzla ilgili önəmli nöqtə Türkiyə’nin gəçmiştə Balkanlar, Sovyətlər və başqa bölgələrdə Türk/Müslüman azınlıqlardan rəqib ölkələrə qarşı yararlanmamış olması eleştirilməkdədir. Türkiyə’nin Bölgədə aktiv bir siyasət yeritməsi onu, əskidən bəri bu bögələrdə geniş mudaxilələrdə bulunan İranla qarşı qarşıya gətirmişdir və Ərdoğan əski Türk siyasətçilərinin Iran’la ehtiyat ve təmkinli davranışlarının tərsinə İran’a qarşı daha sərt bir tutum sərgiləmiş və gəliştirmişdir.

Iraq, Suriyə, Yəmən və son olaraq Qarabağ savaşında Türkiyəylə İran qarşı cəbhələrdə yər almış, Türkiyə bu bölgələrdə İraniın nüfuzunu qırmaya başlamışdır. Ərdoğan Bəhreyn’də yaptığı qonuşmada İran’ın bölgə politikalarını eleştirərək , “Biriləri həm Suriyə’nin həm Iraq’ın bölünməsini istiyor. Iraq’ın bölünməsi çalışmasını yapanlar var. Oradaki məzhəbi, etnik mücadələ, çünkü orada da bir Pers milliyətçiliyi olayı var. Bu Pers milliyətçiliyi olayıyla da orada bir bölünmə söz qonusu. Bunların önünü kəsməmiz gərəkiyor” dedi. Yenə başqa bir danışmasında:

“İran’ın tutumu samimi deyil, çünkü məzhəpçi bir söyləmləri var. DAEŞ’in bölgədə yol açtığı boşluğu kəndiləri doldurmak istiyorlar” deyirdi Ərdoğan.

Ərdoğan Mərmərə Univərsitəsində İran’ın qırmızı çizğisini geçərək İran Ali Dini Lideri Xamenei’ni belə eleştirmiştir

“Qalxıb da bir dini öndər Suriyə’də 250 bin kişi öldürülüyor və kəndisinə ‘250 bin kişi öldürüldü əfəndim. Bunu qarşısında siz niyə bir tavır qoymuyorsunuz’ deyə sorduğumda bana verdiyi cəvap nə biliyor musunuz? ‘İsrail’ə qarşı ayaqda duran tək kişi Əsəd’dir’ diyor”.

Türkiyə’nin İran’a qarşı belə sərt tavırları İran’da da hiddətlə qarşılanmış və Türkiyə’nin elçi vəkili İran dış işləri baxanlığına çağrılmışdır. Ayrıca o dönəmlərdə Ərdoğan’ın Tehran’a planlanmış səfəri siyasi bir qarqaşaya dönüşmüşdür. İran Millətvəkillərinin bu səfərin ibtal olunması və Ərdoğan’ın üzr istəməsini tələb etmişlərdir.

Ayrıca səfər öncəsi 65 millətvəkili bir məktub göndərərək Cumhurbaşqanı Həsən Ruhanidən “Ərdoğan’ı bəsirətsiz açıqlamalarını tekrarlamaqdan qaçınması üçün ciddi şəkildə uyarması” istənildiyinə də diqqət çekmişdir.

Ərdoğan’ın İran’la Bölgədə tərs düşməsi və gərgin bir poltik atmosferdə eş zamanlı olaraq Türkiyə’də Güney Azərbaycan’a marağın artmış olmasını sezmək mümkündür.

son illərdə Güney Azərbayca adının Türk mediya, xəbərlər və dizilərində səslənməsi Güney Azərbaycan’a münasibətin dəyişdiyini hisedirməkdədir. Yol Ayrımı, Savaşçı, Paytəxt Abdulhamid dizilərində və digər programlarda Güney Azərbaycan’ı gündəmə daşımaq anlamlı bir olay olaraq dəyərləndiriləbilər:

“Azərbaycan bizim gönlümüzdə tütər. Təbriz, Urmiyə, Salmas Türk şəhridir. Biz bu topraqları hər zaman istəriz …. Gün gələcək Təbrizdə Türk bayrağı açılacaq”- Paytəxt Abdulhamid.

Türkiyə mediyasında özəlliklə Traktor-e Azərbaycan futbol klubuna gəniş çapta yər vərilməkdə ve bu vesiləylə Güney Azerbaycan və İran’da Türk nüfusu gündəmə gəlməkdədir. Traktor taxımı Türk dünyasında ən çox tərəfdarı olan taxım və Türklərin ve Türklüyün adıyla anılan bir klub olaraq tanıdılmaqda, taxımdan övgüylə bəhs ədilməkdədir. Traktor taxımının yaxın gəçmişdə iki məşqçisinin Türkiyə’dən olması da Güney Azərbaycan’ı gündəmdə tutmaya yardımcı olmuşdur.

İran-Türkiyə ilişkiləri son illərdə belə bir tabloya tanıqlıq edərkən, Azərbaycan ordusu Qarabağda işğal olunmuş topraqları qurtarmaq üçün Ərmənistanla qanlı bir savaşa girişmişdir.

Türkiyə bu savaşda net, açıq və tüm imkanlarıyla Azərbaycan’ın yanında yer almışdır. Qıbrıs Barış Hərəkatından sonra bu, Türkiyə’nin bir Türk coğrafiyasında geniş çapda desteklediyi bir əməliyat olmuşdur. Türküyə’nin bu duruşu və Azərbaycan ordusunun həmasəti cəbhədə durumu Azərbaycan’ın lehinə çəvirmişdir. İran isə bu savaşda Ərmənistan’dan yana bir tavır izləmiş və savaş günlərində Ərmənıstana Rusların göndərdiyi sursatın İran və Güney Azərbaycan topraqlarından gəçişinə izin vərmişdir. Güney Azərbaycanlılar, Quzəy Azərbaycan’ı dəstəkləmək və İran’ın tutum və davranışlarını qınamaq üçün bir nəçə şəhərdə etiraz mitingləri geçirmişlərdir. Qarabağ savaşı başladığı gündən İran siyasi coğrafiyası ikiyə parçalanmışdır. İran dövləti, Fars aydınları, fars toplumu və mediyası Ərmənistandan yana tavır qoymuşlardır. Güney Azərbaycanlılar isə Quzəy Azərbaycan’ın lehinə səf tutmuşlardır. Türkiyə’nin Quzəy Azərbaycan’ın yanında durması Güneydə həyəcan və məmnuniyətlə qarşılanırkən, İran-Fars aydınları, mediyası və dövlət adamları Türkiyə’yə qarşı topyekun və amansızca bır propaganda yürütmüş, Ərdoğan isə bu eleştirilərin odaq nöqtəsi olmuşdur.

Güney Azərbaycan’ın basqısı sonucu Xamenei’nin Azərbaycan’daki dini nümayəndələri, bəzi Millətvəkilləri və ən sonunda Xamenei özü dildə və ikrahla Azərbaycan’ın topraqlarına qovuşmasını dəstəkləmişlərdir ancaq Türkiyə’yə qarşı münasibət dəyişməmişdir. 44 günlük savaşın böyük ölçüdə Azərbaycan və Türkiyə’nin zəfəri və Ərmənistan’ın məğlubiyyətiylə sonuclanması İran diplomasisinin xüsrana uğramasına nədən olmuşdur. Onlara görə, Özəlliklə Azerbaycan-Ərmənistan Anlaşma mətnində yer alan Zəngəzur geçiş dalanı, Türkiyə’nin başarı və qazancı olaraq dəyərləndirilmiş, bu ölkənin yenidən ayağının Türkistan’a açılmasına və ‘Pantürkizm’i həyata geçirməsinə imkan yaradacağı yorumları gündəmə gəlmiş və Güney Azərbaycan üçün təhlikə çanları çalınmaya başlamışdır. Azərbaycan zəfərini qutlarkən Türk komandolarının bakı xiyabanlarında “Nə mutlu Türküm diyənə” kükrəmələri bölgədə yeni bir devrin başlanqıcının xəbərçisiydi. Bu zəfər törəninin özəl Qonağı Türkiyə Cumhurbaşqanı Ərdoğanıydı. Ərdoğan qonuşmasında məharətlə oxuduğu “Arazı ayırdılar mil ilə doyurdular, biz sizdən ayrılmazdıq zor ilə ayırdılar” şeiri (Güney Azərbaycanın ayrılıq və həsrət şeiri) öfkədən patlama nöqtəsində olan İran’ı Aşırı və orantısız bir təpki vərməyə itmişdir. Yaxlaşıq iki ay boyunca başarıdan başarıya qoşan Ərdoğan ve başarısız bir politika izleyen İran’ın gətirdiyi stres və buna bağlı olaraq oluşan qızqınlıq kontorol sınırlarını zorlamış ve İranlıları çilədən çıxarmışdı. İlk Təpki dış işləri baxanı Zərifdən gelmişdi: “Kimsə Ərdoğan’a, Bakı’da yanlışlıqla oxuduğu şeirin, Araz Çayı’nın Quzey bölgələrin İran’ın ana toprağından zorla ayrılmasıyla ilgili olduğunu söyləməmiş! O, Azərbaycan Cumhuriyeti’nin egəmənliyinə qarşı danışdığını fərq etmədi mi əcəba? Kimsə bizim Aziz Azərbaycan’ımız(Güney Azərbaycan) haqqında danışammaz”.

İran Türkiyə Elçisini Dış İşləri Baxanlığına çağıraraq izahat istəmişdi. Ərdoğan, Türkiyə və Azərbaycan; İran siyasətçilərinin, mediyasının ağır həcəməsinə məruz qalmışlardı. Türkiyə ilə Quzəy Azərbaycan’ın, İran topraqlarına (Güney Azərbaycan) göz tikdikərini bəyan edən İran, Güney Azərbaycan gərçəyini bu şekildə dünya gündəminə daşımışdır. Erdoğan’ın bu şeiri oxuması Güney Azərbaycanda özəllıklə Güney Azerbaycan Milli Hərəkətində olumlu təpkilərə nədən olmuş ve Türkiyə Cumhuriyəti tarixində ilk kez ən üst düzey bir yetkilinin dilindən üstü örtülü də olsa pozitiv bir mesaj alınmışdır.

Son olaraq Türkiyə’nin İran siyasi coğrafiyasında yaşayan Türklərlə ilgili tarixi acı xatirələr edindiyi və bu siyasi coğrafiyada yaşayan Türklərin,Türklüyə sədaqət ve bağlılıq göstərmədikləri, Türk kimliyi adına heç bir zaman siyasi bir harəkətdə bulunmayışları və heç vaxt siyasi sistəmdə kimlikləriylə etkin bir aktor halinə gəlməmələrindən qaynaqlanaraq, Türkiyə’də psikolojik olaraq Güney Azerbaycan ve İran’ın digər bölgələrində yaşayan Türklərə güvənsizlik duyqusu gəliştirdiyini söyləmək mümkündür.Bu üzdəndir ki yatırım yatırılacaq və riskə gediləcək bir qonumda olmadıqları düşünülmüdür.

Güney Azərbaycan Türklərinin modərn İran Fars hakmiyətinin ortya çıxışında, imarında və qorumasında farslardan daha çox fədakarlıq göstərmələri, Türklüyə, Türk kimliyinə laqeyd yanaşmaları və Türkiyə’yə qarşı olumsuz tutumları diqqət çekən bir qonu olmuşdur. Yuxarıda qeyd edildiyi kimi Güney Azərbaycanda, İran devrimindən sonra Türk kimliyinə dayali bir hərəketin ortaya çıxışı, İranla-Türkiyenin bölgədə çıxarlarının çatışması, Güney Azerbaycanı siyasi dəngələrdə bir faktor və ağırlıq qonumuna oturdabilər. Ancaq bizim mucadələmiz Güney Azərbaycan’ın azadlıq ve bağımsızlıq mucadələsidir və bu hərəkət heç bir zaman kimilərinin siyasət aləti və siyasi hesab təsviyələrinin meydanı olaraq özünü qullandırmaz, qullandırmamalıdır. Güney Azərbaycan öz iç dinamik ve potansiyeliylə öz haqını almaya qadirdir.

Modern bir Türkiyə və modern bir Azərbaycan, Güney Azərbaycan üçün mənəvi dəstək ve dayaq noqtəsidir. Bu iki ölkənin varlığı Güney Azərbaycan üçün bir şans ve nemətdir. Özəlliklə Quzəy Azərbaycan bu əsgəri və siyasi başarısını geniş sosyal, ekonomik reformlarla pərçinlərsə, adil, şəffaf, Azərbaycan insanına sayğınlıq gətirən və modern dunyanın demokratik dəyərlərini bənimsəmiş bir ölkə halinə gələrsə, Güney Azerbaycan üçün bir çekim mərkəzinə çəvirilməsi, model oluşturması ve Azərbaycan Milli hərəkətinə hız qazandırması qaçınılmaz olacaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button