Dünya

Son bir gündə 450 mindən çox insanda COVID-19 aşkarlanıb

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 450 mindən çox artaraq 62,84 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 7,8 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,46 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 62 844 837 yoluxma və 1 465 144 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanların sayı bir gün ərzində 453 170 nəfər, ölənlərin sayı 7 837 nəfər artıb.

Gün ərzində yoluxmaların çoxu (211 548) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (154 516), üçüncü yerdə cənub-şərqi Asiya (41 791) qərarlaşıb.

Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və 667 123 yoluxma təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button