Azərbaycan

Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib. Məlumata görə, “Səndən sonra” şeirlər və esselər kitabı ərəb qrafikalı əlifba ilə çap olunub. “Yaşar qələm” nəşriyyatında işıq üzü görən kitabı tanınmış şair Çalğın nəşrə hazırlayıb. Qənirə Paşayeva bildirib ki, bu, onun üçün xoş sürpriz olub. “Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm” deyə o, əlavə edib. Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər, müəllifin tirlogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub. Kitab dünya, insan, sevgi, eşq, olaylardan bəhs edən şeirlər və esselərdən ibarətdir. Xatırladaq ki, kitab ilk dəfə 2014-cü ildə Bakıda, “Elm və Təhsil” nəşriyyatında çıxıb. Qənirə Paşayevanın bundan öncəki illərdə qardaş Türkiyə və Özbəkistanda da kitabları gün üzü görüb.

Related Articles

Bir cavab yazın

Back to top button