Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Qərb dövlətləri IAEA-nın İranla bağlı qərarını dəstəkləyir

Fransa, Almaniya, Böyük Britaniya və Amerika Atom Enerjisi üzrə Beynəlxalq Ajansın Qəyyumlar Şurasının İranın nüvə proqramı ilə bağlı qətnamə qəbul etməsinə dəstək veriblər.

Bu barədə adıçəkilən dövlətlərin birgə yaydıqları bəyanatda deyilir. Fransa Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən bəyanatda bildirilib: “IAEA-nın Qəyyumlar Şurasının üzvlərinin səs çoxluğu ilə qəbul edilən bu qətnamə İrana öz öhdəliklərinə qayıtmaq və həll edilməli olan problemlərlə bağlı qaneedici izahat verməsi üçün açıq bir mesajdır”.

Bundan əvvəl isə Səudiyyə Ərəbistanı Qəyyumlar Şurasının İrana qarşı qətnaməsinə öz dəstəyini ifadə edib. Bu barədə S.Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, İrana qarşı irəli sürülən sözügedən qətnamə iyunun 8-də lehinə 30 səs olmaqla qəbul edilib. Səsvermə zamanı Çin və Rusiya qətnamənin əleyhinə səs verib, Hindistan, Pakistan və Liviya isə bitərəf qalıblar.

Related Articles

Bir cavab yazın

Back to top button