İran

Qərbi Azərbaycanda 186 mədən fəaliyyət göstərmir

Qərbi Azərbaycan ustandarının İqtisadi Həmahənglik məsələləri üzrə müavini bildirib ki, hazırda ustanda 186 mədən fəaliyyətsiz qalıb. Ölkə prezidentinin tapşırığına əsasən, həmin mədənlər qanunsuz sahiblərindən alınaraq yeni insanlara verilməlidir.

Nadir Sadeqi ustanda zəngin mədənlərin olmasına və yeni iş imkanlarının yaradılması üçün həmin mədənlərin potansiəlından istifadə edilməsinin vacibliyinə işarə edib. “Təəssüf ki, bu mədənlərin bəziləri fəaliyyətsizdir və həmin mədənlərin müşkülləri aradan qaldırılmalı, yenidən istifadəyə verilməlidir. Mədənlərin çağdaş dünyada olduqca yüksək əlavə dəyəri var. Biz ustanda heç bir mədənin fəaliyyətsiz qalmasına icazə verməməliyik””, – deyə bildirib.

Sadeqi habelə, “ustandakı mədənlərlə bağlı aidiyyatı qurumlar, Mədənlər Şurasının növbəti toplantısınadək burada fəaliyyətsiz və durğun durumda qalan mədənlərin müşküllərini bəlli etsinlər ki, bunların həlli üçün təsmim tutulsun”, – deyə əlavə edib.

Bildirək ki, Azərbaycan bölgələrində ümumilikdə iqtisadi və sənaye vahidləri, habelə zəngin mədənlər bir-birinin ardınca bağlanmaqdadır. Belə bir siyasəti İran dövləti bilərəkdən yürüdür ki, Azərbaycan şəhərləri və bölgələri iqtisadi cəhətdən geri qalsın. və nəticədə azərbaycanlı gənclər və mütəxəssislər iş üçün başqa bölgələrə və ustanlara üz tutsunlar. Bu isə Azərbaycan əhalisini iqtisadi cəhətdən güclənərək bir olmasına mane olan əsas amildir.

Related Articles

Bir cavab yazın

Back to top button