İran

Qərbi Azərbaycanda qiymətlərin bahalaşması tüğyan edir

Ötən iki ildə ölkədə evlərin və əsas ərzaq məhsullarının qiymətlərinin artması Qərbi Azərbaycanda da vəziyyətin acınacaqlı hala gəlməsinə səbəb olub

Təəssüf ki, bu günlərdə fəhlə və işçilərin aylıq maaşları ilə ölkədə hökm sürən təbərrüm arasında böyük uçurum var.

“Barish News” ajansı xəbər verir ki, əhali Qərbi Azərbaycanda hökm sürən çətin duruma görə səlahiyyətli qurumlara müraciət edərək problemin aradan qaldırılmasını və bu çətin həyat şəraitində durumun daha da çətinləşdirilməməsini tələb ediblər.

Ötən iki ildə ölkədə evlərin və əsas ərzaq məhsullarının qiymətlərinin artması Qərbi Azərbaycanda da vəziyyətin acınacaqlı hala gəlməsinə səbəb olub.

Günü-gündən artan qiymət artımı evlərdən hətta əsas ərzaq məhsullarını da uzaqlaşdırıb. Hətta, iş o yerə gəlib çatıb ki, bəzi ailələr yumurta və süd məhsulları almaqda belə acizlik çəkir.

Öncəki dövlətlərin və hətta yeni dövlətin də yanlış idarəçiliyi və bazarı tənzimləyə bilməməsi də qiymət artımında böyük rol oynayıb. Ancaq görünür, yeni hökumətin də bütün bu qiymət artımları ilə mübarizədə heç bir planı yoxdur və xalq daha ümidsiz bir halda anlıq qiymət artımları ilə mübarizə etmək məzburiyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button