az

Tiraxturda çalxantılar dəvam edir

Başqa bir məsələ də budur ki əsasən hakimiyyətin gözündə ölkə Tehrandan ibarətdir. Təsaduf dəyir ki ölkə imkanlarının hər zaman çoxu da elə Tehrandadır. Ancaq İranda Futbal hər zaman belə dəvam edəcək?

Azərbaycanın son illərdə ən çox səs gətirən futbal bəlkə də siyasi olayı belə sayılan Tiraxtur timidə(taxımı) sular bir turlu durulmur. Bu il ligə başlamasına belə şübhəylə baxılan tim gözlənildiyi kimi bir birindən pis sonuclar almaya başladı. Ligin dördüncü həftəsində ancaq bir qələbə qazanan Tiraxtur 3 balla sıralamanın 12-ciliyində yer alıbdır. Gözlənildiyi kimi timin mürəbbisi(məşqçi) Firuz Kərimi istefasını verib timdən ayrıldı. Hazırda Tiraxtura yeni mürəbbi axtarışı və müzakirələri sürür. Bir neçə nəfərin adı diyilir və Tiraxturun keçmiş Portoğallı mürəbbiti Toni Oliviyeranın da adı dillərə gəlir. Tərəfdarlar arasında Ata Toni olaraq bilinən 75 yaşlı mürəbbinin illərdir meydanlardan uzaq qalması onun pərformansının düşük olma ehtimalının da danışılmasına səbəb olubdur. Ancaq bütün bu mübahisələri bir qırağa qoyub aylar öncəsindən məsələyə baxınca əslində bu günlər gözlənilən hal sayılırdı. Rəqiblərin ağır sərmayə qoyub oyunçu aldığı zaman Tiraxtur habelə gücünü itirirdi və oyunçuları tək tək ayrılırdı. Son anlarda aldığı futbalçıların da yetərli olmadığını düşünənlər az dəyir. Bütün bunların səbəbləri araşdırıldığı zaman timin sahibi maddi imkanlardan danışır ancaq işin həqiqəti bundan daha çox görünür. İstiqlal və Perspolis Tehranın və bir anlamda da İranın iki göz bəbəyi timi illərdən bəri ölkənin büdcəsini sömürür. Bu iki tim guya hər zaman doğma başqaları da ögey olacaq. Çünkü milyardlarca tümən bunlara axıdılan pulun heç yüzdə birini ayrıları görmür. Səbəbi də heç zaman açıq açıq diyilməz. Gah bu timlərin çoxlu tərəfdarları bəhanə edilir ki bu da Tiraxdur məsələsində saxta bir bəhanədən ibarət olduğunu göstərir. Çünkü hər zaman hamı bülür ki İranda ən çox tərəfdara sahib olan tim Tiraxtur olubdur. Başqa bir məsələ də budur ki əsasən hakimiyyətin gözündə ölkə Tehrandan ibarətdir. Təsaduf dəyir ki ölkə imkanlarının hər zaman çoxu da elə Tehrandadır.
Ancaq İranda Futbal hər zaman belə dəvam edəcək? Bunun cəvabı da sualı qədər rahat görünür. Çünkü dünyadakı peşəkarlıq şərtlərinə qətiyyən uymayan İranda əlbəttə ki Futbal da elə belə dəvam edəcək. Bütün dünyada Futbal son dərəcə karlı və qazanclı bir sənət sayılır ancaq İran-da fasid sistem sayəsində bu sənət də bir batlağa donuşub. Rant şəbəkəsi bütün ölkə imkanlarını barmaq sayısı neçə timə xərcləyir və başqaları hər zaman maddi sorunlarıyla baş başa buraxılır. Bundan başqa bəlkə də ən önəmli məsələ də bu ki Tiraxtur İranda sadəcə futbal dəyir. Hamıya aydın məsələdir ki Tiraxtur Güney Azərbaycanın azadlıq hərəkatının bayrağını əlində daşıyan ən önəmli imkanlardan biridir. Tiraxturun tərəftarları hər zaman Güney Azərbaycanın demokratik istəklərini dilləndiriblər və futbal oyunları bir milli mabarizə yerinə donuşubdur. Ona görə də Tehran hakimiyyəti hər zaman çalışıb Tiraxturun səsini batırıb bir turlu səhnədən çıxartsın.
Bu əsasda indi də bütün basqıları bu timə gətirib ki yavaş yavaş ortadan silinsin. Bir tərəfdən də Korona tədbirləri bəhanəsiylə tərafdarlar oyunlardan uzaq qaldıqları üçün hakimiyyət çalışır timi səssiz bir şəkildə aradan qaldıra.
Ancaq kəsin olan bir məsələ var o da bu ki milyonlarca tərəfdarı olan Tiraxtura verilən hər bir zərər millətin hakimiyyətdən nəfrətini daha da çox artırıb imumi oyanışa səbəb olur. Buna görə anlaşılan hakimiyyət Tiraxtur qonusunda ciddi bir çaş başlığa düçar olub və nə edəcəyini tam olaraq bilmir.

Related Articles

Bir cavab yazın

Back to top button