Azərbaycan

Qərbi Azərbaycanda çərşənbə şənliklərində yüzlərlə insan yaralanıb

Qərbi Azərbaycanda çərşənbə şənliklərində yüzlərlə insan yaralanıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universiteti məlumat yayıb.

Universitetin Təcili Tibbi Yardım və Qəzaların İdarə Edilməsi Mərkəzinin başçısı Baqir Bəhraminin mediaya verdiyi açıqlamasına görə, martın 15-i gecə saatlarında havayi fişənglər və partlayıcı maddələrdən istifadə nəticəsində 86-ı qadın olmaqla toplam 226 nəfər yaralanıb.

Onun sözlərinə görə, bir neçə nəfər əl və barmaqlarını, çox sayda insan isə gözündə aldığı xəsarət nəticəsində görmə qailiyyətini itirib.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya isə martın 16-da mediaya əyalət üzrə yaralananlar barədə məlumat verib.

O, martın 15-i gecə saatlarında Şərqi Azərbaycan əyalətinin müxtəlif şəhərlərində çərşənbə axşamı mərasimlərində 249 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Şadiniya yaralananların 54%-nin 18 yaşdan aşağı yaş qrupuna aid olduqlarını deyib.

İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, şənlik mərasimlərində ölüm və yaralanma hallarına görə, ilk yerdə Tehran, ikinci və üçüncü yerdə isə Qərbi və Şərqi Azərbaycan əyalətləri dayanır.

Related Articles

Bir cavab yazın

Back to top button