İran

Tehran küçələrində Xaməneyiyə qarşı şüarlar səsləndirilib

Çərşənbə şənlikləri rejimə qarşı aksiyalara çevrilib.

İranın müxtəlif yerlərində keçirilən çərşənbə şənlikləri rejimə qarşı etiraz aksiyalarına çevrilib.

Martın 15-də tehran şəhərində keçirilən çərşənbə axşamı ənliklərində Əli Xaməneyiyə qarşı şüarlar səsləndirilib, divarlarda “Xaməneyiyə ölüm”, “Xaməneyi Rusiyanın nökəri” şüarları yazılıb.

Mərasimlərin genişləməsi və nəzarətdən çıxmasından qorxan hökumət əksər şəhərlərdə şənliklərə məhdudiyyətlər tətbiq edib və çox sayda polis və təhlükəsizlik məmurunu cəlb edib.

Qeyd edək ki, uzun illərdir yaz bayramı öncəsi çərşənbə şənlikləri rejim əleyhinə etiraz aksiyalarına çevrildiyi üçün hökumət çərşənbə mərasimlərinin keçirilməsinə icazə vermir.

Bundan öncə yüzlərlə şəxs şənlik mərasimlərinə qatıldıqları üçün saxlanılıb və müxtəlif qondarma ittihamlarla həbs cəzasına məhkum olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button