İran

Qərbi Azərbaycanda kitabxanaların durumu ürəkaçan deyil

Qərbi Azərbaycan Ümumi Kitabxanalar İşləri Rəisi bildirib ki, ustanda hər 45 min nəfərə bir kitabxana düşür. Xədicə Məsumi əhali arasında kitab oxuma səviyyəsinin aşağı olduğunu açıqlayıb. Onun sözlərinə görə, İranda hər 100 nəfərə 8 metr mürəbbəlik bir kitabxana imkanı var. Qərbi Azərbaycanda bu göstərici 140 santimetrə bərabərdir.
Qurum rəsmisi vurğulayıb ki, hər 25 min nəfər üçün bir kitabxananın olması mütləqdir. O, ustanda 71 kitabxananın fəaliyyət göstərdiyini deyib. Məlumata görə, ustan kitabxanalarında cəmi 1 milyon 500 min cild kitab var.
Hazırda ustanda Qoşaçayın Əllamə Dehxoda kitabxanası tikilməkdədir.

Related Articles

Bir cavab yazın

Back to top button