İqtisadiyyat

Tehran birjasının indeksində enmə müşahidə olunur

Tehran Bursunun ümumi şaxisi çərşənbə axşamı təqribən 65 min vahid geriləyib. Göstərici çərşənbə günü yenidən 25 min vahid azalaraq, 1 975 milyon vahidə düşüb.
Xatırladaq ki, Tehran Bursunun şaxisi bu ilin əvvəlində təqribən 500 min vahid olub. Belə ki, İran məqamları məsələyə aydınlıq gətirməyiblər. Ancaq bir sıra təhlilçilər bursda iqtisadi köpük və dövlətin şaxislərə ehtimali ehtikarı barədə ixtar veriblər.
Xüsusi olaraq, dövlət bu il 49 500 trilyon tümən dəyərində daşınar və daşınmaz dövlət əmlakını satışa çıxarmaq niyətindədir ki, bu da ötən ilin xüsusiləşdirmə proqramının hədəflərindən 10 qat çoxdur.
Keçən il dövlətə aid daşınar və daşınmaz əmlakın satışı 4 450 trilyon tümən olub. İlk 7 ayda isə bu əmlakın yalnız 187 milyard tüməni satılıb. Qeyd edək ki, ilin son 5 ayı ilə bağlı heç bir rapor verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button