İran

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayında azalma olub

“Son 24 saatda Qərbi Azərbaycan ustanında koronavirusa yoluxanların sayı 71 olub. Bu da Covid-19 mərizliyinin üçüncü dalğasının başlamasından sonra ən aşağı göstərici sayılır”. Bu barədə Qərbi Azərbaycan ustanının Koronavirusla Mübarizə Qərargahının nümayəndəsi Əli Əhməd Ağapur bildirib. Onun sözlərinə görə, son 24 saatda mərizlərin sayının bu qədər azalması ümidvericidir. Virusa yoluxma və ölüm sayının azalma prosesinin davam etməsi üçün sağlıq qaydalarına əməl edilməlidir. Ustanda son 24 saatda 3 nəfər koronavirusun qurbanı olub. Beləliklə, ölənlərin sayı 3469 nəfərə çatıb. Hesablamalara görə, 357 nəfər mərizxanaya yerləşdirilib. Onlardan 201-i koronavirusa yoluxmaqda şübhəli bilinir. 156-nin isə təhlükəli virusa yoluxması təsdiqlənib.
Ağapurun sözlərinə görə, 119 nəfər ustanın tibb mərkəzlərinin ICU bölmələrində müalicə olunur. İndiyədək 102 min 677 nəfər koronavirusa yoluxub.

 

 

Related Articles

Bir cavab yazın

Back to top button