İran

Qəzvində ərzaq alışı üçün subsidiyaları ilə ödəniş edilir

Qəzvində insanlar ərzaq alışı üçün milli kartını girov qoyaraq gələn ayın yaranəsi ilə ödəniş edirlər. Məsələ ilə bağlı ustanın Çörəkçilər Birliyinin rəisi Musəyyeb Bəhrami məlumat verib. Onun sözlərinə görə, Qəzvinin bəzi bölgələrində “ailələrinin ac qalmaması üçün insanlar öz milli kartlarını girov qoymaq məcburiyyətində qalıblar.
Qurum rəsmisi bildirib ki, Qəzvin ustanının İsmayılabad, Çubyəndər və İqbaliyyə kimi bir sıra bölgələrində əhali gündəlik tələbat mallarını əldə etməkdə çətinlik çəkir. Əhali təbəqələri arasında kəskin fərqin yaranması isə məsələni daha da ciddiləşdirib. Hazırda iş yerlərinin fəaliyyəti dayandırıldığından əhalinin yeganə gəlir mənbəyi dövlət yardımıdır.

Related Articles

Bir cavab yazın

Back to top button