Azərbaycan

Qəzvində çörək bahalaşdı

Qəzvində çörək bahalaşıb. Bununla bağlı qəzvinli sosial media fəalları paylaşımlar ediblər.

Onlar bildirib ki, rəsmi məlumatlarda bahalaşma təkzib edilsə də, bütün çörək mağazaları və sexlərdə çörəyin qiyməti kəskin artıb.

Sosial mediada paylaşım edən qəzvinli bir gün öncə “bərbəri” çörəyini 2500 tümənə aldığı halda bir gün sonra eyni çəki və keyfiyyətdə çörəyi 7 min tümənə aldığını bildirir.

İranda unun qiyməti 5 dəfə bahalaşıb. Bu, çörəyin qiymətinin artmasını qaçılmaz edir.

İranın Un İstehsalçıları Birliyinin rəisi Məhəmmədrza Murtəzavi mediaya verdiyi açıqlamada deyib ki, ölkədə un məmulatları istehsalçıları və digər bu cür müəssisələr üçün satılan unun qiyməti 5 dəfə artıb.

M.Murtəzavi bildirib ki, bahalaşma nəticəsində çörək sexlərinə satılan unun hər kilosu 2500 tüməndən 12 min tümənə yüksələcək.

Onun sözlərinə görə, qiymətlərin artımı makaronun 2 dəfə bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, iki həftə bundan öncə Güney Azərbaycanın Zəngan əyalətində çörəyin kuponla satılması təkilfi reallaşıb və bölgənin bir çox yerlərində çörəyin kuponla satılmasına başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button