İran

Xamneyi Ukrayna xalqının qətliamını iğtişaş adlandırıb

Aprelin 29-da “Qüds günü” ilə bağlı çıxış edən İranın ali rəhbəri Əli Xamneyi Rusiyanın Ukraynaya təcavüzünə yenidən haqq qazandırmağa çalışıb.

O, ukraynalıların qətliamını iğtişaş adlandırıb.

“Avropa və Amerikanın yalançı insan haqları müdafiəçiləri Ukrayna iğtişaşı ilə bağlı hay-küy saldıqları bir halda Fələstin məsələsinə diqqət ayırmırlar”-deyə, Xamneyi bildirib.

O, terrorizm dəstəkləyərək fələstinlilərin 70%-nin İsrail və yəhudilərə qarşı terror əməliyyatları həyata keçirilməsinin tərəfdarı olduqlarını iddia edib.

Qeyd edək ki, Rusiya Ukraynaya hücum etdiyi gündən bəri başda Əli Xamneyi olmaqla İran rəhbərləri, o cümlədən prezident İbrahim Rəisi Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb.

İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.

Related Articles

Bir cavab yazın

Back to top button