İran

Qəzvinli alimlərin məqbərələrinin bərpasına başlanılıb

İsfənd ayının əvvəllərində Oqaf və Xeyriyyə İşləri Baş İdarəsinin ortaqlığı ilə bir neçə qəzvinli alimin məqbərəsinin ehyasına başlanılıb. Peyğəmbəriyyə çevrəsinin güney-qərbində yerləşən qəbirlərin, döşəmə və günbəzlərin təmiri projəsi icra olunur. Bu barədə əyalətin Fərhəngi Miras Baş İdarəsinin müavini bilgi verib. Ehsan Nurani burada Ayətullah Şeyx Məhəmmədtağı İlahian Tünkabuni, tarixi Şeyx ül İslam məscid-mədrəsənin banilərindən olan Hac Mirza Məsud Şeyx ül İslam, Hac İbrahim Zərabadi, Şeyx Əhməd Əzizi, Molla Əli Tarumi kimi görkəmli şəxsiyyətlərin məqbərələrinin yerləşdiyini bildirib. Projə çərçivəsində elektrik təsisatının icrası, daşların yenidən yerlərinə qoyulması kimi işlər nəzərdə tutulub. İşlərin icrasına Fərhəngi Miras Baş İdarəsi nəzarət edir. Qeyd edək ki, Qəzvin şəhərinin dəyərli tarixi-dini tikilisi olan Peyğəmbəriyə Bəqəəsi Peyğəmbəriyyə xiyavanı və Səfəviyyə Dövlətxanasının qərbində yerləşir. Tarixi Qacarlar dönəminə dayanan tikili 24 azər 1375-ci ildə Milli Əsərlər Listəsinə salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button